"Turan Tovuz" Azərbaycan Premyer Liqasının XXV turunda "Qəbələ"yə 3:2 hesabı ilə qalib gəlib.
Prosport.Az xəbər verir ki, Tovuz klubunun baş məşqçisi Qurban Berdiyev matçla bağlı fikirlərini bölüşüb:
"Çətin oyun və çətin qələbə oldu. Oyuna yaxşı başlamışdıq. İlk hissənin 2-ci yarısından etibarən təşəbbüsü rəqibə verdik. 2-ci hissəni bütövlükdə yaxşı oynadıq. Hesabı bir qədər də artıra bilərdik. Çox vacib və çətin qələbə oldu".

