Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Gecə 2-3-ə kimi təhlillər aparırıq" – Yuri Vernidub
    20.03.2026 22:27:31

    Azərbaycan Premyer Liqasının XXV turunun “Neftçi” – “İmişli” oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib

    – Meydana hücumçusuz çıxıb, 6 qol vurursunuz. Bu, necə alındı?
    – Həm Sambu, həm Abubakar zədələnib. Bir Ağadadaş Salyanski və Alessio Kurçi qalmışdı. Kurçi cinahlarda daha effektiv olur. “Qəbələ” ilə matçda Freddi Varqası hücumda oynatmışdıq. Bu gün də yoxladıq və pis alınmadı. Futbolçulara təşəkkür edirəm, arzulu idilər və gözəl əhvalları var idi. Bundan əvvəl “İmişli”yə qalib gələ bilməmişdik. Borcumuzu qaytarmalıydıq. Futbolçulara minnətdaram. Həm də qarşıdan istirahət vaxtı gəlir. 3 gün dincələcəklər. Bundan sonra hazırlaşacağıq. Səhv etməyə şansımız yoxdur. Avrokuboklara vəsiqə qazana bilmək üçün səhv etməməliydik. Qarşıda əsas rəqiblərlə oyunlarımız var. Bu matçlarda xarakter görəcəyik.

    – Ağadadaş Salyanski demək olar, şans qazanmır. Rəqabətdə çox geri qalır?
    – Hamıya şans verilir, ona da veriləcək. Baş məşqçi mənəm. Gördüyüm odur ki, indiki rəqabətdə o, digər futbolçulara uduzur. Gənc futbolçudur. Karyerası hələ qabaqdadır. Ona ümidlərim var. Çox məşq edərək, şanls əldə edəcək. Bəzi anlarda səbr etmək lazımdır. Başa düşürəm, hamı oynamaq istəyir.

    – “İmişli” ilə 2 oyunda 5 xal itirmişdiniz. Bu gün 6 qol vurdunuz. Əvvəlki matçlardakı nəticələrin günahkarı kimdir?
    – Komanda uduzursa, günahkar məşqçidir. Qələbə olarsa, səbəbkar futbolçulardır. Burda işə başlayandan cəmi bir dəfə uduzmuşuq. Əlimizdən gələni edirik. Məğlubiyyətlər futbolun bir parçasıdır. Lakin əsas odur ki, məğlubiyyətləri həzm edəsən və yoluna davam edəsən. Komandanın reaksiyası da önəmlidir. Məğlubiyyətdən sonra ardıcıl 2 oyunu qazanmışıq.

    – “İmişli” sıx müdafiəsi ilə bilinən komandadır. Bu gün onlara 6 qol vurdunuz. Növbəti matçlarda Abubakar və Sambu hazır olsalar belə, bugünkü taktikanı görə bilərik?
    – Hər rəqibimizi təhlil edirik. Baxırıq, rəqib 4, ya 5 müdafiəçi ilə oynayır. Bunlar arasında fərqlər var. Strategiyamızı da bunlara uyğun qururuq. Rəqibləri ciddi araşdırırıq. Hətta, gecə 2-3-ə kimi təhlillər aparırıq. Heç də asan iş deyil. Kənardan asan görünə bilər, amma çətindir. Futbolu sevirsənsə, çalışmalısan.

    – Freddi Varqas bu gün ən yaxşılardan idi. Həmişə belə oynamağa nə çatmır?
    – Bu sualı ona verin. Çox texnikalı və istedadlı oyunçudur. Öz işinə daha ciddi və əzmlə yanaşsa, gözəl oyun sərgiləyər. Hər futbolçunun öz xasiyyəti var. Onlarla fərdi danışmaq lazımdır. Varqas çox çalışdı və göstərdi ki, istedadlı oyunçudur. Emil Səfərov da onun kimidir. Dayanmasa, o da çox gözəl futbolçu olacaq.

    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved