Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mən narazılıq edəndə söhbət çox böyüyür" – Qurban Qurbanov
    20.03.2026 18:07:04

    "Qarabağ" Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə "Kəopəz"ə 0:1 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    – Azər Bağırovun komandasını təbrik edirəm. İstəkli idilər, çox yaxşı qalibiyyət əldə etdilər. Bizə azarkeşlik edən xeyli sayda insan var idi. Onlara təşəkkür edirəm. Məğlub olduq. Futboldur, belə hallar olur. Deyiləcək bir söz yoxdur.

    – Məğlubiyyətin əsas səbəbi nədir?
    – Sadəcə, rəqib qalib gəldi. Futbolçular istəkli idilər, pis hazırlaşmamışdıq. Oyunda yaxşı temp var idi. Xeyli sayda qol epizodlarımız oldu. Onları dəyərləndirə bilmədik. Rəqibin 1 epizodu qolla nəticələndi. Bu gün bizim günümüz deyildi.

    – Meydançanın ot örtüyü oyununuza necə təsir etdi?
    – Süni örtüklü meydança ilə təbii örtüklü meydança eyni deyil. Yevlax şəhər stadionu bəzi meydançalardan pis deyil.

    – Bu mövsüm "Kəpəz"ə 2-ci dəfə məğlub oldunuz. Rəqib sizə qarşı daha motivasiyalı olur, yoxsa komandanızda arxayınlıq var?
    – Biz qətiyyən rahat deyilik. Əvvəlki oyunda komanda bir az yorğun idi. Bugünkü matça çox yaxşı hazırlaşmışdıq. Biz də istəkli idik, onlar da. Futbolçularıma deyiləcək bir söz yoxdur. Çox güc sərf etdilər, qalib gəlmək istəyirdilər.

    – Penalti gözlədiyiniz epizodla bağlı fikirləriniz necədir?
    – Mən narazılıq edəndə söhbət çox böyüyür. VAR-da deyəsən Rauf Cabarov idi. Meydandakı hakim görmədi, Rauf da 3 dəfə baxdı, görmədi.

    – Epizoda baxmısınız?
    – Baxdım. Penalti olduğunu düşünürəm. Kamilo Durandan da soruşdum, dedi ki, ayağıma dəymişdi. Əgər orada penalti yoxdursa, heç nə. Görək də, nə deyəcəklər. Rauf Cabarov da sağ olsun.

    – Rəhim Həsənov adətən hakimlərin qərarını təsdiqləyir...
    – Təsdiqləyəcək. Ona görə də çox da üzərinə getmək lazım deyil.

    – Çempionluq mübarizəsi davam edir?
    – Mütləq davam edəcəyik. Hər oyunda azarkeşlərimizə qələbə bəxş etmək istəyirik. Çempionluq elə bir şeydir ki, tək qələbə qazanmaqla deyil, başqa komandaların xal itirməsi də sənə üstünlük verir. Bizim xal itkilərimiz "Sabah"a böyük üstünlük verib. Onların bu qədər xal itirəcəyi çətin görünür. Çox yaxşı oyun sistemi qurublar. Hər bir halda sona qədər yaxşı oyun və yaxşı nəticə üçün meydana çıxacağıq.

    – Şahruddin Məhəmmədəliyev milli komandaya dəvət olunub. Onun idman forması necədir?
    – Dəvət ediblər ki? Tam hazır deyil.

    – Komanda ilə məşq edir?
    – Texniki məşqlər edir. Oyun məşqlərində olmur. Ola bilər ki, təcrübəsinə görə dəvət olunub. 

    – Nə vaxt meydana çıxa bilər?
    – Fasilədə komanda ilə tam məşqlərdə olmalı idi.

    – Gənc oyunçulara az şans verməyinizin səbəbi nədir?
    – Elə periodda idik ki, risklərə ehtiyac yox idi. Çempionlar Liqasından sonra kollektivdə yorğunluq var idi. Bütün futbolçuların idman formasını yaxşılaşdırmağa çalışırdıq. Qarşıdakı oyunlarda şans verə bilərik. İstənilən halda, hamı hazır olmalıdır. Kim hazır olsa, meydanda o da olacaq.

    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved