Azərbaycan Premyer Liqasının XXV turunun “Sabah” – “Sumqayıt” oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– İlk növbədə "Sabah"ı təbrik edirəm. Çempionluq uğrunda oynayan komandadır. Bizdən güclüdürlər və bunu qəbul edirik.
– Müdafiədəki fərdi səhvlər nədən qaynaqlanır?
– Vüsal Paşayev gəncdir, təcrübəsizdir. Lakin yenə də oyunçular məsuliyyətli davranmalıdır.

