Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Karvan-Yevlax" I Liqaya düşsə belə, işlər davam edəcək" - Füzuli Məmmədov
    19.03.2026 18:46:31

    "Karvan-Yevlax" Azərbaycan Premyer Liqasının XXV turunda doğma meydanda "Zirə"yə 0:1 hesabı ilə uduzub.

    Prosport.Az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Komandamız çox yaxşı oynayırdı. Futbolçular matça ciddi hazırlaşmışdılar. Meydanda döyüşkən komanda var idi. Rəqibdən nə istək, nə keyfiyyət baxımından, nə də taktiki cəhətdən geri deyildik. Əksinə, bəzi epizodlarda üstün idik. Düzdür, qapımızda qol epizodları var idi. "Zirə" yaxşı komandadır. Qələbə qazanmaq istəyirdik. Bu gün meydanda yumruq kimi komanda gördüm. Məğlub olmağımız oyuna uyğun deyildi. Sonlarda səhvdən qol buraxmaq məni məyus edir. İstəmirdim ki, belə əzmkarlıqdan sonra məğlub olaq. Futbolçularım ən azı 1 xala layiq idilər. Amma neyləmək olar? "Zirə"ni təbrik edirəm. Öz futbolçularıma isə təşəkkür edirəm. Futbolda səhvlər olur. Bir səhv etdik və ondan da qol buraxdıq. Bizim üçün keçmiş olsun.

    - "Karvan-Yevlax" I Liqaya düşsə, vəziyyət necə olacaq?

    - Burada elə-belə infrastruktur qurulmayıb. Xeyli maliyyə xərclənib. Bazanın içində futbolçular üçün hər cür şərait yaradılıb. "Karvan-Yevlax" I Liqaya düşsə belə, işlər davam edəcək, komandanın Premyer Liqaya qayıtması üçün əzmkarlıq göstəriləcək. Rəhbərliklə heç bir görüşüm olmayıb. Bütün diqqətimiz oyunlardadır. Hər matça qalib gəlib vəziyyətimizi yaxşılaşdırmaq üçün çıxırıq. Stadionun ərazisində təbii örtüklü meydança hazırlanır. Bu işlər görülürsə, deməli, rəhbərliyin bir planı var.

    - Bu "Karvan-Yevlax" I Liqa klubu ilə pley-off oynasa, qalib gələ bilər?

    - Hazırda bütün diqqət Premyer Liqadadır. Çalışırıq ki, burada qalaq. 11-ci yeri tutub pley-off oynasaq, bizim üçün yaxşı olar. Təbii ki, həmin oyunu əldən vermərik. 

    - Qarşıda "Şamaxı", "Kəpəz" və "Qəbələ" ilə oyunlar var. Komanda həmin matçlarda qələbə qazanmağı bacaracaq?

    - Bugünkü oyunla bacararıq. Hər komanda "Zirə" kimi güclü deyil. Qarşıda oyunlar var. Son matça qədər vuruşacağıq. Məşq planımız olduğu kimi davam edəcək.

    - Ləğv olunan qolunuzla bağlı fikriniz necədir?

    - Rəşad Əhmədov oyunu pis idarə etmədi. Həmin epizoda baxdım. Ola bilər ki, hər hansı toxunuş olsun. Amma bu, fol toxunuşu deyil. Futbol kontakt oyunudur. Futbolçunun niyyəti topu almaqdır. Topu alan zaman ayaq ayağa, çiyin çiyinə toxunur. Bunlar qayda pozuntusu deyil. Düşünürəm ki, Qavi həmin epizodda təmiz oynadı. Komanda sevindi. Qolu ləğv edəndən sonra ruh düşkünlüyü olur. Bir məşqçi olaraq futbolçuların motivasiyasını qaldırmağa çalışdım. Buraxdığımız qol bizə daha pis təsir etdi. Qolumuz sayılmalı idi. Sayılsaydı, bizim üçün daha yaxşı olardı.

    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved