Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Təqvimə baxanda qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
    19.03.2026 18:11:21

    "Zirə" Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Bizim üçün olduqca ağır oyun keçdi. Futbolçularımın göstərdiyi əzmkarlıqdan, intizamdan razı qaldım. Bu gün qələbə qazanmasaydıq da, eyni sözləri deyəcəkdim. Yevlaxda "Karvan-Yevlax"a qarşı oynamaq çətindir. Bu gün bunu yaşadıq. Son turlarda "Karvan-Yevlax"ın oyununda irəliləyiş var. Çoxsaylı qol epizodlarımız oldu. Bu qədər fürsəti qaçıranda qələbə qazanmaq çətin olur. Bir anlıq elə düşündüm ki, oyun bərabərliklə başa çatacaq. Futbolçular sona qədər inandılar, əzmkarlıq göstərdilər. Çox vacib 3 xal qazandıq.

    - "Zirə" əvvəlki mövsümlərdə autsayderlərlə oyunlarda xal itirmirdi, bu mövsüm isə çətinlik çəkir. Səbəbi nədir?

    - Arxayınlıq deməzdim. 2 dəfə "İmişli" ilə, 1 dəfə "Kəpəz"lə, 1 dəfə də "Şamaxı" ilə matçda xal itirmişik. "Şamaxı"nı zəif komanda kimi görmürəm. Bu komandalar digər iddialı rəqiblərlə oyunlarda da məğlub olmayıblar. Belə olan halda bizə də bu komandalar üzərində qələbə qazanmaq çətin olur. Düz vurğulayırsınız ki, əvvəlki mövsümlərdə aşağı pillələrdə gedən rəqiblərlə oyunlarda inamlı görünürdük, qələbələrimiz daha çox olurdu. Bu il aşağıda gedən komandalarla əvvəlkilər arasında fərq var.

    - "Araz-Naxçıvan" və "Neftçi"nin sizə yaxınlaşması təzyiq yaradır?

    - Biz bunu gözləyirdik. Qış fasiləsində futbolçularımıza demişdik ki, avrokuboklara vəsiqə qazanmaq asan olmayacaq. Hər oyun vacibdir. Kimin harada xal itirəcəyi bilinmir. Yarış bu şəkildə gedəcək.

    - "Zirə" 4-cü yeri tutmasa, mövsümü necə dəyərləndirəcəksiniz?

    - Avrokuboklara vəsiqə qazanmasaq, məşqçi olaraq uğursuz hesab edəcəyəm.

    - Nəyi necə etməlisiniz ki, avrokuboklara vəsiqə qazanasınız?

    - Əvvəlki illərdə necə etmişiksə, təkrarlayırıq. Nəsə yeni bir şey yoxdur. Yeni olan şey odur ki, bu il rəqiblərimiz daha güclüdür. Bunu da nəzərə almaq lazımdır. Müasir futbolda yeni dəb yaranıb - standart vəziyyətlər. Əvvəl də var idi, amma bu qədər deyildi. Hansısa oyuna rahat hazırlaşa bilmirsən. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Başa düşürük ki, bizi çox ciddi rəqabət gözləyir.

    - Milli fasilə işinizə yarayacaq?

    - Qələbə qazandıqdan sonra təbii olaraq fasilə istəmirsən. Sadəcə olaraq zədədən dönən futbolçularımız var. Bu baxımdan bəlkə faydası ola bilər. Digər tərəfdən, bir neçə futbolçumuz milli komandalara gedəcək. Necə təsir edəcəyini zaman göstərəcək. Fasilədən dərhal sonra kubokun yarımfinal oyununun olması bir az narahatlıq yaradır. Çalışacağıq ki, həmin matça ən yaxşı formada hazır olaq. Qısa müddətdə bir neçə oyunumuz olacaq. Təqvimə baxanda qorxulu yuxuya bənzəyir.

    - Rəqibin qolunda dərhal 4-cü hakimə etiraz etdiniz. Mənə elə gəlir ki, sizin etirazdan sonra VAR-a baxdılar. Siz necə düşünürsünüz?

    - Yox, yox. Mən əslində yüngül etiraz etdim. Başqa vaxt daha çox edərdim. Oyundan əvvəl özümü hazırlamışdım ki, meydanın kənarında çox emosional olmayım. Çünki matçın gərgin keçəcəyini gözləyirdim. Düşünürdüm ki, bu gün sakit olmağımın futbolçulara daha çox faydası olacaq.

    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved