Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Bayramdan sonra bu 10 federasiyada prezident seçkisi keçiriləcək – ARAŞDIRMA
    19.03.2026 09:26:06

    Bu il bir neçə olimpiya idman federasiyasında prezident seçkiləri keçiriləcək.

    Prosport.Az onları araşdırıb.

    Bu il artıq Gimnastika Federasiyası və yeni yaradılmış Su İdmanı Növləri Federasiyasında (keçmiş Kanoe və Avarçəkmə Federasiyası) müvafiq olaraq fevral və mart aylarında prezident seçkiləri baş tutub. Bayramdan sonra Hesabat-Seçki Konfransı olacaq federasiyalar bunlardır: Alpinizm Federasiyası, Basketbol Federasiyası, Boks Federasiyası, Həndbol Federasiyası, Qış İdman Növləri Federasiyası, Qolf Federasiyası, Reqbi Federasiyası, Stolüstü Tennis Federasiyası, Taekvondo Federasiyası, Tennis Federasiyası.

    Nizamnaməyə görə, hər olimpiya tsiklindən sonra hesabat verilməli olsa da, bəzən bunun şahidi olmuruq. Bəzi federasiyalarda seçkilər 4, bəzilərində isə 5 illik müddətə nəzərdə tutulub. Ümumiyyətlə, hazırda federasiyalarda son prezident seçkiləri bu vaxtda olub: 

    Azərbaycan Ağırlıqqaldırma Federasiyası – Hazırda Sumqayıt Texnologiyalar Parkının Müşahidə Şurasının üzvü olan Kamran Nəbizadə 2023-cü ilin 28 sentyabrında prezident seçilib.

    Azərbaycan Alpinizm Federasiyası – Hazırda Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi olan Muxtar Babayev 2022-ci ilin 9 sentyabrında prezident seçilib.

    Azərbaycan Atıcılıq Federasiyası – Daxili işlər naziri olan Vilayət Eyvazov ötən ilin dekabrın 18-də növbəti dəfə prezident seçilib.

    Azərbaycan Atletika Federasiyası – Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov 2023-cü ilin aprelin 1-də prezident seçilib.

    Azərbaycan Badminton Federasiyası – Hazırda iqtisadiyyat nazirinin müşaviri olan Taleh Ziyadov ötən ilin dekabrın 22-də növbəti dəfə prezident seçilib.

    Azərbaycan Basketbol Federasiyası – Elm və təhsil naziri olan Emin Əmrullayev 2021-ci ilin 14 dekabrında prezident seçilib.

    Azərbaycan Boks Federasiyası – Hazırda maliyyə naziri olan Sahil Babayev 2022-ci ilin 9 fevralında prezident seçilib.

    Azərbaycan Cüdo Federasiyası – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ötən ilin oktyabrın 18-də növbəti dəfə prezident seçilib.

    Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – SOCAR rəhbəri olan Rövşən Nəcəf 2024-cü ilin aprelin 2-də prezident seçilib.

    Azərbaycan Gimnastika Federasiyası – Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyeva fevralın 16-da yenidən prezident seçilib.

    Azərbaycan Güləş Federasiyası – İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən ilin noyabrın 27-də növbəti dəfə prezident seçilib.

    Azərbaycan Həndbol Federasiyası – Avtomobil Yolları Dövlət Agentliyinin sabiq rəhbəri Saleh Məmmədov 2022-ci ilin 3 fevralında növbəti dəfə prezident seçilib.

    Azərbaycan Kamandan Oxatma Federasiyası – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 2024-cü ilin mayın 22-də prezident seçilib.

    Azərbaycan Su İdmanı Növləri Federasiyası – "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 14-də prezident seçilib.

    Azərbaycan Qılıncoynatma Federasiyası – İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov ötən ilin dekabrın 5-də növbəti dəfə prezident seçilib.

    Azərbaycan Qış İdman Növləri Federasiyası – Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 2022-ci ilin yanvarın 31-də prezident seçilib.

    Azərbaycan Qolf Federasiyası – "Sabah" klubunun Müşahidə Şurasının üzvü Rauf Xəlilov 2022-ci ilin fevralın 10-da prezident seçilib.

    Azərbaycan Reqbi Federasiyası – "Azəriqaz"ın Hüquq şöbəsinin rəisi Röyal Süleymanov 2024-cü il martın 12-də prezident seçilsə də, ötən il vəzifəsindən ayrılıb. Hazırda bu vəzifəni “Qarabağ” reqbi klubunun təsisçisi, sabiq idman jurnalisti Eldar Kərimov icra edir. Noyabrın sonunda seçki olacaq.

    Azərbaycan Atçılıq Federasiyası – Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 2024-cü ilin yanvarın 25-də növbəti dəfə prezident seçilib.

    Azərbaycan Stolüstü Tennis Federasiyası – Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev 2021-ci ilin dekabrın 27-də növbəti dəfə prezident seçilib.

    Azərbaycan Taekvondo Federasiyası – Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2021-ci ilin dekabrın 30-da növbəti dəfə prezident seçilib.

    Azərbaycan Tennis Federasiyası – Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri Oqtay Əsədov 2022-ci ilin avqustun 31-də növbəti dəfə prezident seçilib.

    Azərbaycan Triatlon Federasiyası – "FF Group"un rəhbəri Fərid Fərhadzadə 2023-cü ilin martın 30-da prezident seçilib.

    Azərbaycan Üzgüçülük Federasiyası – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ötən ilin yanvarın 18-də prezident seçilib.

    Azərbaycan Velosiped İdmanı Federasiyası – "Silk Way" Şirkətlər Qrupunun prezidenti Zaur Axundov ötən ilin mayın 2-də prezident seçilib.

    Azərbaycan Voleybol Federasiyası – Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov 2023-cü ilin aprelin 11-də prezident seçilib.

    Səbuhi Musa

    Taekvondo

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04
    Döyüş növləri

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Boks

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Boks

    Boksçularımızdan Avropa çempionatına uğurlu start

    18.09.2026 10:23:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal" yenə uduzdu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedatka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20

    "Borussiya" və "Qarabağ"la oynayacağıq, Çempionlar Liqasına xoş gəlmisiniz" – Valdas Dambrauskas

    19.09.2026 22:44:48

    "Qapıçını irəli göndərən mən idim" – Fərid Namazov

    19.09.2026 22:16:44

    "Sabah" 3 xalı 3 qolla qazandı - VİDEO

    19.09.2026 21:40:12

    "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" – Qurban Berdiyev

    19.09.2026 20:41:44

    "Son 6 ildə çempionatda ən çox səhv "Zirə"yə qarşı olub" – Rəşad Sadıqov

    19.09.2026 20:07:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved