Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Suala cavab vermişəm, hansısa şəxslə problemim yoxdur" - Ayxan Abbasov
    18.03.2026 18:17:52

    "Şamaxı" Azərbaycan Premyer Liqasının XXV turunda öz meydanında "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzub.

    Prosport.Az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Artıq neçənci dəfədir ki, layiq olmadığımız halda məğlub oluruq. Üstün oynayırıq, qol epizodları bizdə çox olur. Təəssüf ki, bunları dəyərləndirə bilmirik. Bu gün rəqibə heç epizod vermədik və öz qapımıza qol vurduq. Amma buna baxmayaraq, uşaqlar sona qədər vuruşdular, təslim olmadılar. Bu ayda 5-ci oyunumuz idi. Heyətdə çox dəyişiklik edə bilmirik. Sevinirəm ki, "Araz-Naxçıvan" kimi komandaya qarşı üstün oynadıq. Belə məğlubiyyətlər olur. Bəlkə də indi xalımız çox olardı. Bir çox matçda yaxşı oynamışıq, amma fürsətləri dəyərləndirə bilməmişik. Son ötürmələrdə, son vuruşlarda inkişaf etməliyik. Buna vaxt lazımdır. Çempionat davam edir. Fasilədən sonra yaxşı hazırlaşıb sona qədər mübarizə aparacağıq.

    - "Şamaxı"nın futbolçularını millidə görmək ehtimalı var?

    - Bizim bir neçə futbolçumuz U-21 millisinin əsas oyunçularıdır. Əsas milliyə çağırmaq istəyərdim. Bir neçə gənc oyunçu stabil çıxış edir. Həm də bunu haqq edirlər. Amma U-21-in 2 çətin oyunu var. Biz onları da fikirləşirik. Bu futbolçular böyük oyunları da oynamalıdır. İstəyirəm ki, onlar əsas milliyə gələndə hazır olsunlar. A millidə 10-15 dəqiqə oynamaqdansa, U-21-in heyətində Portuqaliyaya qarşı 90 dəqiqə oynamaq daha yaxşı olar.

    - Millidə qarşınıza hansı məqsəd qoyulub?

    - Məqsəd deyəndə ki, qalib gəlməliyik.

    - Son mətbuat konfransında klub rəhbərlərini tənqid etmişdiniz. Konkret olaraq kimləri nəzərdə tuturdunuz?

    - Bizim problemimiz odur ki, mətbuat konfransına qulaq asmırıq. Kimin kiminlə problemi varsa, ora yozur. Mənə verilən suala baxmaq lazımdır. Həmişə mənə verilən suallara cavab verirəm, fikrimi bildirirəm. Sual verilmişdi ki, bizdə uğursuzluq olanda tək məşqçilər dəyişir, ancaq dünya praktikasında uğursuzluq olanda klub rəhbərləri istefa verirlər. Mən də dedim ki, bəli, belə bir şey var. Bu, heç kimə şamil olunmur. Hərə bir yerə yozub. Suala cavab vermişəm. Hansısa şəxslə problemim yoxdur.

    - Millinin keçmiş üzvlərindən növbəti toplanışa dəvət etməyi planlaşdırdığınız kimsə var?

    - Var. XXV turun oyunlarını gözləyirik. Hansısa zədə ola bilər. Həm yeni adlar olacaq, həm də son vaxtlar dəvət olunmayanları çağırmağı düşünürük.

    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved