Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
Prosport.Az xəbər verir ki, turun açılış oyununda "Şamaxı" - "Araz-Naxçıvan"la qarşılaşıb.
Şamaxı şəhər stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 56-cı dəqiqədə Vladislav Veremeyev avtoqol müəllifi olub.
Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarının sayını 39-a yüksəldərək 4-cü pillədə qərarlaşıb. 7-ci sırada olan "Şamaxı"nın isə 32 xalı var.
Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq.

