Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Doqquzqat Avropa çempionu Stadnik: "Güləşi bitirmək İSTƏYİRDİM"
    21.04.2023 10:19:41

    "Mənim hər zaman motivasiyam, qalib gəlmək üçün iradəm var və bu, uşaqlıqdan bəri sonsuzdur".

    Prosport.Az xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.

    Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 50 kq çəki dərəcəsində qızıl medal qazanan 35 yaşlı idmançı qələbəsini ana vətəni Ukraynaya həsr etdiyini bildirib.

    Doqquzqat Avropa çempionu qitə birinciliyində 10-cu dəfə Azərbaycan himnini səsləndirmək istədiyini söyləyib: "10 yaxşı rəqəmdir".

    Stadnik Zaqrebdəki turnirin ona elə də zövq vermədiyini vurğulayıb: "Amma ən əsası nəticədir. Tokio Olimpiadasından sonra qısa fasilə verdim. Düşündüm ki, yaşla əlaqədar güləşi davam etdirim, yoxsa idmanı tərk edim. Fiziki formamın yaxşı olub-olmayacağını bilmirdim. Amma gördüyünüz kimi, mən hələ də mübarizə aparıram. Yanvarda məşqlərə başladım, ona görə də ən yaxşı formada deyiləm. 18 yaşım olanda daha çox həyəcan və motivasiya var idi. İndi isə hər şey mənə tanışdır. Amma yenə də uduzmaq istəmirəm".

    O, Avropa çempionatının finalında qalib gəldiyi həmyerlisi Oksana Livaçla Ukraynada birlikdə məşq etdiyini xatırladıb: "O mənim üçün kiçik bacı kimidir. Hər il daha da güclənir. Biz artıq birlikdə məşq etmirik, amma onun çox yaxşı potensialı var. Ümid edirəm ki, Paris Olimpiadasına vəsiqə qazanar".

    Təcrübəli güləşçi Tokio-2020 Yay Olimpiya Oyunlarının yarımfinalında uduzduğu əsas rəqibi olan yaponiyalı Yui Susakidən də söz açıb: "Onunla necə mübarizə aparacağımı düşünmək üçün hələ 1 ilim var. Hər şeyi nəzərdən keçirəcəyəm".

    Karyerasından da danışan Stadnikin sözlərinə görə, övladları əvvəlcə onun güləşməsini istəmirdi: "Yadımdadır, onlara təqaüdə çıxmaq istədiyimi bildirmişdim. Oğlum balaca olanda mənə deyirdi ki, ana, xahiş edirəm, turnirlərə getmə. İndi isə deyir ki, sən çox güclüsən, dayanma. Hazırda onlar mənim ən böyük fanatlarımdır".

    Güləş

    Azərbaycanı Las-Veqasda 23 güləşçi təmsil edəcək - ADLAR

    7.10.2026 17:20:36
    Güləş

    Ən güclü güləşçilər Masallıda müəyyənləşdi - ADLAR

    5.10.2026 16:14:41
    Güləş

    Nazirdən dünya çempionu olan millimizə təbrik

    1.10.2026 18:21:09
    Digər idman növləri

    Reytinq cədvəli: Avropa çempionumuz liderliyi ələ keçirdi

    1.10.2026 17:24:59
    Güləş

    "Çimərlik güləşində iddialı ölkələrdən biriyik" - Oyan Nəzəriani

    30.09.2026 14:18:04
    Güləş

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Ömərin bürünc medalı işlərimizin düzgün istiqamətdə getdiyini göstərir" – Fərhad Rəcəbli

    9.10.2026 15:42:46

    Erməni cüdoçudan Bakıda tərbiyəsizlik

    9.10.2026 15:16:18

    "Araz-Naxçıvan" - "Kəpəz": HEYƏTLƏR

    9.10.2026 14:50:28

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında medalsız qaldı - YENİLƏNİB

    9.10.2026 14:09:24

    Mahir Emreli Polşada seçilən 4 futbolçudan biridir

    9.10.2026 13:40:51

    Çexiya çempionu Bakıya bu tarixdə gələcək

    9.10.2026 13:12:43

    “Xəzər Lənkəran”ın sabiq futbolçusu baş məşqçi oldu

    9.10.2026 12:43:27

    Azərbaycan və Ermənistan klubları ilə bağlı qadağa qüvvədə qaldı

    9.10.2026 12:15:16

    Millimizin 8 üzvü Avropa çempionatında medalı təmin etdi

    9.10.2026 11:40:30

    "Hyuston"un sabiq basketbolçusu Azərbaycan klubunda

    9.10.2026 11:13:39

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved