"Şamaxı"nın futbolçusu Alfons Mabula Msanqa Tanzaniya yığmasının heyətinə dəvət alıb.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi "FIFA Seriya" çərçivəsində keçiriləcək oyunlar üçün yığmaya çağırılıb.
Qeyd edək ki, Tanzaniya millisi martın 23-dən martın 31-nə qədər FİFA turnirində 2 oyun keçirəcək.

