“Turan Tovuz”un qapıçısı Oleq Baklov Tacikistan millisinə dəvət alıb.
Prosport.Az xəbər verir ki, qolkiper 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin son turunda Filippin yığmasına qarşı keçiriləcək görüş üçün heyətə cəlb olunub.
A qrupunda təşkil olunacaq VI turun oyunu martın 31-də keçiriləcək.
Qeyd edək ki, Tacikistan seçməsi toplanışa martın 23-də Düşənbədə başlayacaq.

