Azərbaycan Premyer Liqasının XXV turunun açılış oyununa hakim təyinatları açıqlanıb.
Prosport.Az xəbər verir ki, "Şamaxı" və "Araz-Naxçıvan" arasında keçiriləcək görüş İnqilab Məmmədova tapşırılıb.
Qeyd edək ki, martın 18-də Şamaxı şəhər stadionunda reallaşacaq qarşılaşma saat 15:00-da başlayacaq.

