Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ" mövsümün sürprizləri arasında
    16.03.2026 17:47:04

    Avropanın milli çempionatlarında mövsümün sürpriz nəticələri ilə bağlı araşdırma aparılıb.

    Prosport.Az xəbər verir ki, gözlənilməz nəticələrin qeydə alındığı liqalar arasında Azərbaycan Premyer Liqası da göstərilib.

    “Qarabağ”ın UEFA Çempionlar Liqasında parlaq mövsümü müqabilində çempionatdakı nəticələri sürpriz kimi qələmə verilib.

    “Payızda “Qarabağ” dünya futbol azarkeşlərinin diqqət mərkəzinə düşmüşdü. Komanda Çempionlar Liqasında uğurlu çıxış edərək “Benfika”, “Kopenhagen” və “Ayntraxt”a qalib gəlib, “Çelsi” ilə heç-heçə edib və pley-off mərhələsinə yüksəlib. Lakin Avropa arenasındakı uğurlarla paralel olaraq ölkə çempionatında müəyyən geriləmə baş verib. 2 cəbhədə mübarizə aparmaq komandanın nəticələrinə təsir göstərib”, – deyə məqalədə yazılıb.

    Bu mövsüm Ağdam klubunun uğurlu seriyasına “Sabah”ın son qoymağa yaxın olduğu vurğulanıb: “Son 12 mövsümdə “Qarabağ” yalnız 1 dəfə – 2020-21 mövsümündə çempionluğu əldən verib. Bu mövsüm isə çempionluğa əsas namizəd “Sabah”dır. “Qarabağ” 5 ildən sonra çempionluğu itirmək riski ilə üzləşib”.

    Bundan başqa, Polşada “Zaqlebye”nin zirvədə qərarlaşması, “Legiya”nın təhlükəli zonaya yaxın olması, Şotlandiyada “Seltik” və “Reyncers”in deyil, “Harts”ın turnir cədvəlinə başçılıq etməsi, Niderlandda “Ayaks”ın lider PSV-dən 20 xaldan çox geri qalması, İsveçrədə “Tyun”un hegemonluğu, Danimarkada “Kopenhagen”in ilk “6-lıq”dan uzaq düşməsi, Bolqarıstanda “Ludoqorets”in ardıcıl 14 çempionluq seriyasının son qoyulmaq üzrə olması və Rumıniyada “Styaua”nın son 16 ilin ən uğursuz nəticələrini göstərməsi də mövsümün sürprizləri kimi göstərilib.

    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved