"Neftçi"nin baş məşqçisi Yuri Vernidub bu yaxınlarda klub rəhbərliyi ilə görüşüb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, burada komandanın mövcud durumu, habelə gələcək planları yönündə geniş müzakirə aparılıb.
Ukraynalı mütəxəssis son turadək Konfranas Liqasına vəsiqə uğrunda mübarizə aparacaqlarını bildirib. Amma heyətlə bağlı narahatlığını da dilə gətirib. Xüsusən də legionerlərlə əlaqədar.
Rəhbərlik bu görüşdə Yuri Verniduba tam dəstəyini ifadə edib. Ona "Sizin arxanızdayıq" deyilib.
Açıq mesaj verilib ki, mövsümün sonunda yenidən baş məşqçi məsələsinə qayıtmaq fikirləri yoxdur. Yəni ki, ötən ilin dekabrında imzalanmış 6 ay +1 illik müqavilənin 2-ci hissəsinin qüvvəyə minməsini istəyirlər.
Bildirilib ki, təki komanda qarşıdakı həftələrdə mübariz təsir bağışlasın, hər oyunda qələbəyə can atsın.

