Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Çox yaxşı bilirəm ki, Azərbaycan millisi Portuqaliya deyil" – Ruy Jorj
    16.03.2026 15:15:19

    Azərbaycanın U-20 milli komandasının yeni baş məşqçisi Ruy Jorjun mətbuat konfransı keçirilib.

    Prosport.Az xəbər verir ki, porrtuqaliyalı mütəxəssis ona ünvanlanan sualları cavablandırıb.

    – Sizinlə birlikdə olmaq mənim üçün qürurdur. Ümid edirəm ki, qarşıdakı 1,7 il ərzində çox yaxşı təcrübə keçə biləcəyik. Bu müddət ərzində bərabər olacağıq. Təşəkkür edirəm. Suallarınıza cavab verməyə hazıram.

    – Bundan əvvəl həmyerliniz Fernandu Santuş ölkəmizdə işləyib. Onunla hansısa söhbətiniz olub? Burada hansısa uğur qazanacağınızı düşünürsünüz?
    – Uğur qazanmaq üçün bunun üzərində işləmək, çalışmaq lazımdır. Uğur idman nəticələrindən asılıdır. Buna nə mən, nə də hansısa məşqçi zəmanət verə bilər. Bir komandada uğur qazanmaq oyunçuların istəyindən, əzmkarlığından asılıdır. Onlar üzərlərində çalışmalıdılar ki, yüksək səviyyədə çıxış etsinlər. Bunu edə bilsək, uğur qazana bilərik. Fernandu Santuşla danışıb-danışmadığıma gəlincə, əlbəttə həm özü ilə, həm də köməkçiləri ilə danışdım. Müqavilə imzalamamışdan öncə danışmışdım. Həm ölkə, həm də insanlar haqda çox yaxşı məlumatlar aldım. İnsanların qonaqpərvərliyindən, rəftarından yaxşı şeylər eşitdim. Bura gəldiyim ilk gündən gördüm ki, Santuşun dedikləri ilə üst-üstə düşür.

    – Azərbaycan yığması Portuqaliya, azərbaycanlı futbolçular isə portuqaliyalı oyunçular deyil. Əsas milli üçün hazır oyunçu tapmaq çətindir, qalmışdı ki, U-20 yığması üçün. Necə edəcəksiniz ki, 18-20 yaşlı futbolçular oynasın? AFFA-ya hansısa təklif irəli sürəcəksiniz?
    – Hazırkı vəziyyətdə bununla bağlı hansısa söhbətim, təklifim olmayıb. Çempionatla tanışam, tam dəqiqliyi ilə deyə bilmərəm ki, futbolçuların çempionatda çox oynamaması formata, ya başqa səbəbə görədir. Təcrübəmə əsasən bir şeyi bilirəm ki, oyunçuların yetişməsi üçün klubların görəcəyi iş çox önəmlidir. Çox yaxşı bilirəm ki, Azərbaycan millisi Portuqaliya yığması deyil, Azərbaycan millisinin üzvləri də Portuqaliya millisində çıxış edən oyunçular deyil. Amma biz Portuqaliya U-20 yığması ilə uğur qazananda, U-21 millisi reytinqdə 19-cu pillədə idi. Çempionatın son püşkatma mərasimində Avropa zonasında 3-cü yerdə idik. Bizim burada ən böyük məqsədimiz bunu əldə etməkdir.

    – Fernandu Santuş futbolumuz haqda sizə nə deyib?
    – O, əsas millidə çalışırdı, mən U-20 yığmasının baş məşqçisiyəm. Ona görə futbol haqda danışmamışam. Çünki onun millidə tələbləri, oyunçu səviyyəsi ilə mənim çalışacağım millidəki səviyyə eyni deyil. Danışığımız ancaq ölkə haqda idi.

    – 2013-cü ildə Portuqaliyanın U-21 yığması Azərbaycana 2:0 və 3:0 hesabı ilə qalib gəlmişdi və futbolçularımızı tərifləmişdiniz. İlk dəfə Azərbaycan yığmasından təklif olanda, U-19 və ya U-21 millilərimizin oyunlarına baxdınız?
    – Əlbəttə ki, dərhal 2013-cü ildəki oyunları xatırladım. Hazırda da beynimdə dərhal matçın harada keçirildiyini, hətta 2-ci qolu necə vurmağımızı da xatırlayıram. Bernardu Silvanın debüt matçı idi. Hamısını yaxşı xatırlayıram. AFFA rəhbərliyi ilə danışıqdan öncə U-19 yığmasının oyunlarını izləmişəm. Çünki istəyirdim ki, məndə ideya olsun və onlarla danışım. Azərbaycanın Malta, Polşa ilə oyunlarını izləmişəm. 

    – Bu oyunçularla 1 ildən sonra nə edə bilərik?
    – Çexiya, Şimali İrlandiya ilə oyunlara da baxdım. U-19 yığmasının qrup mərhələsindəki matçlarını izlədim. Ardınca isə Sloveniyaya qarşı matça baxmışam. Sistem olaraq bilmək istəyirsiniz ki, biz necə çıxış edəcəyik? Bu mövzuda son qərarlarımızı verməmişik. Öncə futbolçuların keyfiyyətini qaldıracağıq, sonra digər məsələlərə keçəcəyik.

    Futbol

    "2:0-dan sonra çox arxayın oynadıq" – Emin Mahmudov

    23.07.2026 01:24:24
    Müsahibə

    "Mənim Bakı ilə bağlı xüsusi prinsipiallığım yoxdur" - "Neftçi"yə iki qol vuran erməniəsilli futbolçu

    23.07.2026 00:47:31
    Futbol

    "Qarabağ"ın oyun üslubunu yaxşı tanıyırıq" - MOİK-in futbolçusu

    22.07.2026 23:47:03
    Futbol

    “Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq" - Xristo Yanev

    22.07.2026 23:13:43
    Futbol

    "Mərhələni keçə bilərik" – Yuri Vernidub

    22.07.2026 22:41:39
    Futbol

    "Super üstünlüyümüz yoxdur" – "Dinamo"nun baş məşqçisi

    22.07.2026 22:15:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "2:0-dan sonra çox arxayın oynadıq" – Emin Mahmudov

    23.07.2026 01:24:24

    "Mənim Bakı ilə bağlı xüsusi prinsipiallığım yoxdur" - "Neftçi"yə iki qol vuran erməniəsilli futbolçu

    23.07.2026 00:47:31

    "Qarabağ"ın oyun üslubunu yaxşı tanıyırıq" - MOİK-in futbolçusu

    22.07.2026 23:47:03

    “Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq" - Xristo Yanev

    22.07.2026 23:13:43

    "Mərhələni keçə bilərik" – Yuri Vernidub

    22.07.2026 22:41:39

    "Super üstünlüyümüz yoxdur" – "Dinamo"nun baş məşqçisi

    22.07.2026 22:15:13

    "Neftçi" Konfrans Liqasına ev məğlubiyyəti ilə başladı - VİDEO

    22.07.2026 21:59:20

    "Kəpəz" Abubakarı heyətinə qatdı

    22.07.2026 21:16:38

    "Neftçi" - "Dinamo" – Heyətlər

    22.07.2026 19:10:27

    UEFA Babək Quliyevi Bolqarıstana göndərir

    22.07.2026 18:46:32

    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov

    22.07.2026 18:17:41

    "Şəfa"da qvineyalı vinger - FOTOLAR

    22.07.2026 17:40:02

    "Bu, mənim üçün ağır imtahandır, amma qorxmuram"  - Hacı Əliyev

    22.07.2026 17:10:58

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved