Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Əsas odur ki, heç kimə 1 qəpik borcumuz yoxdur" - Rəşad Sadıqov
    14.03.2026 22:22:26

    "Zirə" Azərbaycan Premyer Liqasının XXIV turunda doğma meydanda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Oyun bizim üçün yaxşı başladı, təhlükəli hücumlarımız oldu. Birinci hissənin ortalarında rəqib hesabda irəli çıxdı. Ondan sonra 5-10 dəqiqə oyunumuzda eniş oldu, rəqib daha üstün idi. Hətta 2-ci qolu vura bilərdilər. Hissənin sonlarına yaxın oyun bizim üçün daha yaxşı keçdi. 2:0-dan sonra oyunu dəyişdirmək çətin idi. Əvəzetmələr etdik, müəyyən effekt verdi. 2:1-dən sonra düşünürdük ki, rəqibi basqı altında saxlasaq, qol vurmaq ehtimalımız olar. Amma "Qarabağ" irəli atıldı və 3-cü qolunu vurdu. Bu gün meydanda güclü, yaxşı "Qarabağ" var idi. Futbolçularım əllərindən gələni etdilər. Mübarizə apardılar. Hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı. Oyun təbii olaraq "Qarabağ"ın dominantlığı ilə keçirdi. Amma bizim oyunçular da yaxşı əzmkarlıq göstərdilər. 2:0-da, 3:1-də ruhdan düşmədilər, ən azından 1 xal qazanmaq istəyirdik. Bu cür "Qarabağ"a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın. "Qarabağ" sıx qrafikdə idi. Son turda da göstərdilər ki, bütün fikirləri çempionatdadır.

    - Komandanın 2-ci hücumçusu olsaydı, fərqli nəticə alına bilərdi? Heyətdə daha effektiv oyunçu olsaydı...

    - Təbii ki. Hamımız istəyirik ki, daha yaxşı olsun. Futbolçularımdan razıyam. Oyun planına sadiq qalırdılar. Futbolçular tapşırıqları yaxşı səviyyədə yerinə yetirdilər.

    - Apreldə sıx qrafikiniz olacaq...

    - Milli aradan sonrakı sıx qrafik daim ağlımdadır. Çox ciddi itkilərimiz var. İssa Cibrilla Qubadakı meydandakı zədədən sonra hələ də yoxdur. 5-6 aydır heç cürə bərpa ola bilmir. Brahim Konate zədədən sonra qayıdıb. Çalışırıq ki, formasını yığsın. Qismət Alıyevin qızdırması var idi. Onun yerini doldurmaq bizim üçün çətin idi. Milli aradan sonra həlledici perioda girəcəyik.

    - "Zirə" digər komandalardan legioner almağı ilə fərqlənir. İzlədiyiniz legionerlər var?

    - Bu haqda qəti şəkildə düşünmürük. Mövsümün ən vacib periodu başlayıb. Amma çempionatda çox bəyəndiyimiz futbolçular var. 

    - 4-cü yer uğrunda mübarizəyə görə gərginlik ola bilər?

    - Yarışdır da. Qış fasiləsindən sonra komandamız pis çıxış etmir. Qəbul etməliyik ki, "Kəpəz"lə matçda oyun baxımından məmnun deyiləm. O oyunla bağlı tənqidlərə də razıyam. Amma 1/4 finalı keçmişik, digər matçları qazanmışıq. "Sabah", "Turan Tovuz" və "Qarabağ"a uduzmuşuq. Əlimizdən gələni etmişik, amma rəqiblər bizdən daha yaxşı olub. Klub olaraq yeni limitiə adaptasiya olmağa ehtiyacımız var. Bütün oyunlara eyni limitlə çıxırıq. Yeganə fərq qapıda Aydının yox, Tyaqo Silvanın olmasıdır. Digər rəqiblər 10-11 legionerlə mübarizə aparırlar. Bu da bizim üçün növbəti illər üçün yaxşı dərs oldu. 

    - "Zirə" artıq uzun illərdir ki, stabil nəticələr göstərir, avrokuboklarda mərhələ adlayır. Sizcə, kluba daha böyük büdcənin ayrılmasının zamanı çatmayıb?

    - Hamı istəyər. Mən istəyərəm ki, büdcəmiz daha çox olsun, əminəm ki, rəhbərlik də onu istəyir. Əsas odur ki, heç kimə 1 qəpik borcumuz yoxdur, hamıya qarşı ədalətli olmuşuq. Müəyyən məqamlarda istədiyimiz transferləri edə bilmədik. Gedişatlar yaydan bəlli idi ki, rəqiblər çempionata necə iddialı hazırlaşırlar. Futbolda belə hallar baş verir. Bu gün vacib olan odur ki, sona qədər mübarizə aparaq, avrokuboklara düşək. İnandırım sizi, rəhbərlik qarşımıza avrokuboklara düşmək kimi hədəf qoymamışdı. Mümkün şəraitdə ən yaxşısını etməyə çalışırıq. Avrokuboklara düşmək istəyirik ki, rəhbərliyi, özümüzü, azarkeşlərimizi sevindirək. Rəqiblərin gücünü başa düşürük. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara biz də düşək.

    - 2 epizod var idi ki, penalti istəyirdiniz. O epizodlarla bağlı fikriniz necədir?

    - Paltardəyişmə otağında telefonda baxdım, hər 2-si penalti idi. Nəticəyə necə təsir edərdi, başqa sualdır. Bizim üçün çox üstünlük olacaqdı. Rəqib daha çox basqı ilə oynaya bilərdi. 2-ci penalti epizodu da 86-cı dəqiqədə idi, qol vursaydıq, 3:2 olardı. Maraqlı olan odur ki, indi epizodları şərh etdikdə haqq qazandırılacaq. Hər 2 epizodda penalti verilsəydi, doğru qərar kimi şərh veriləcəkdi. Bilirsiniz, o epizodlara verilən şərhlər də adamı məyus edir. Bu 2 penalti verilsəydi, şərh veriləcəkdi ki, doğru qərardır. Verilmədi, deyiləcək penalti deyil. Bu oyunu demirəm, lap başqa matç olsun. Fərid Hacıyev, Nicat İsmayıllı... Əvvəlki oyunlarımızda da mübahisəli qərarları olub.

    Futbol

    "Əsas odur ki, heç kimə 1 qəpik borcumuz yoxdur" - Rəşad Sadıqov

    14.03.2026 22:22:26
    Futbol

    “Sabah”ın istənilən komandaya o sayda qol vuracağını gözləyirəm" - Qurban Qurbanov

    14.03.2026 22:01:43
    Futbol

    Daha bir komanda Sumqayıtda oynayacaq

    14.03.2026 21:54:25
    Futbol

    "Qarabağ" "Zirə"yə qalib gəlib, liderlə xal fərqini qorudu - VİDEO

    14.03.2026 21:11:13
    Futbol

    "Zirə" - "Qarabağ": HEYƏTLƏR

    14.03.2026 18:34:55
    Futbol

    "Bunun resepti, sirri yoxdur" - Valdas Dambrauskas

    14.03.2026 17:36:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz yenə böyük hesabla məğlub oldu

    14.03.2026 23:02:28

    Azərbaycan komandası Çempionlar Liqasında

    14.03.2026 22:37:05

    "Əsas odur ki, heç kimə 1 qəpik borcumuz yoxdur" - Rəşad Sadıqov

    14.03.2026 22:22:26

    “Sabah”ın istənilən komandaya o sayda qol vuracağını gözləyirəm" - Qurban Qurbanov

    14.03.2026 22:01:43

    Daha bir komanda Sumqayıtda oynayacaq

    14.03.2026 21:54:25

    "Qarabağ" "Zirə"yə qalib gəlib, liderlə xal fərqini qorudu - VİDEO

    14.03.2026 21:11:13

    Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu

    14.03.2026 20:23:53

    "Sabah"dan səfər qələbəsi, "Neftçi" uduzdu

    14.03.2026 20:07:59

    Yeni təsis edilən federasiyaya prezident seçildi

    14.03.2026 19:47:09

    "Zirə" - "Qarabağ": HEYƏTLƏR

    14.03.2026 18:34:55

    "Bunun resepti, sirri yoxdur" - Valdas Dambrauskas

    14.03.2026 17:36:35

    "Sabah" kimi komandaya qarşı geridönüş etmək çətindir" - Jorj Kaşkilya

    14.03.2026 17:10:12

    "Sabah" 3 xalı 5 qolla qazandı – VİDEO

    14.03.2026 16:53:38

    "Qarabağ" afrikalı futbolçunu aldığı qiymətə satdı

    14.03.2026 14:40:06

    "İmişli" - "Sabah": HEYƏTLƏR

    14.03.2026 14:06:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved