Albaniya Superliqasında XXVIII turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” evdə “Vlajniya” ilə qarşılaşıb.
Liderlə görüşdə qalib müəyyənləşməyib - 2:2. Əliyev bu matçda 90 dəqiqə meydanda olub.
"Eqnatiya" hazırda 50 xalla ikinci yerdədir. “Vlajniya”nın 52 xalı var.

