Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Yeni oyunçular istəyirdim, alınmadı" - Saşa İliç
    13.03.2026 23:19:11

    Azərbaycan Premyer Liqasının XXIV turunun “Sumqayıt” – “Şamaxı” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – “Şamaxı”ya qarşı oyunlar çətin olur. Şanslarımız oldu, amma dəyərləndirə bilmədik.

    – Sanki futbolçular oynamır. Sizə qarşı birləşiblər, ya başqa problemlər var?
    – Məncə, oyunçular döyüşürlər. Kifayət qədər çalışdılar. Nəsə problem olduğunu düşünmürəm.

    – Bəs nə üçün komanda uzun müddətdir, qələbə qazana bilmir?
    – Səbəbi bilmirəm. Amma bu gün əvvəlki matçlara baxanda pis oynamadıq.

    – Bundan sonrakı hədəfiniz nə olacaq? Komandanı nə motivasiya edəcək?
    – Avrokuboklara şansımız getdikcə azalır. Yerli oyunçulara fokuslanmalıyıq ki, təcrübə yığsınlar. Çalışacağıq, gənclərə daha çox şans verək.

    – Ötən konfransda demişdiniz ki, rəhbərlik strategiyanı dəyişib. Penalti vurmağı da oyunçular qərarlaşdırır. Bu gün də məğlubiyyətin səbəbini bilmirsiniz. Baş məşqçi bəs nə işə baxır?
    – Penalti epizodunda Səbuhinin vurmasını mən istəmişdim. Penalti zərbəsi xoşuna gəlməmişdi və ikinci penaltidə özləri qərar verdi. Bu mövsüm kifayət qədər penalti qaçırmışıq. Ramalinqomun da qaçırdığı penaltilər var. Burda nəsə başqa məsələ, konflikt yoxdur. Sadəcə oyunçuların alındıra bilmədiyi məsələlər var. O ki qaldı strategiyaya, buna hörmətlə yanaşıram. Nəticə olmayanda gənclərə fokuslanırıq. Burda qeyri-adi nəsə görmürəm.

    – Böyük ümidlərlə gəlmişdiniz. Amma bəlkə də ən uğursuz dönəminiz “Sumqayıt”da oldu. Hansısa peşmanlığınız yoxdur?
    – Təbii ki, nəticələrə görə təəssüflənirəm. Yaxşı başladıq. Amma bilirdik ki, müəyyən məqamda yeni oyunçular lazım olacaq. Alınmadı, bu da problem yaratdı. Bəzi komandalar kompaktdır. Çətin olacağını bilirdik. Yeni oyunçular istəyirdim, alınmadı. Bunlar da nəticələrdə rol oynadı.

    – Yeni transfer olmadığından çox danışırsınız. Lakin “Kəpəz”ə, “Karvan-Yevlax”a qalib gəlmək üçün bu heyət yetərli deyil?
    – Futboldur. “Qarabağ”ı səfərdə udmuşduq. Futbolda hər şey olur. Mənim danışdığım strategiyadır. Mövsümün əvvəlindən qoyulan planlara uyğun getməliyik. Özüm də oyunçu olmuşam. Əvvəldən müəyyən olunan strategiyanı qorumalıydıq.

    – Mövsümün sonunda gedəcəksiniz?
    – Müqaviləm var və işimi davam etdirirəm. O ki qaldı sözləşmənin yenilənməsinə, bilmirəm.

    – Qalmaq istəyirsiniz?
    – İndi bu haqda düşünmürəm. Nəticələr yaxşı deyil. Mövsümün sonuna kimi mübarizəmizi davam etdirəcəyik.

    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved