Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Klub rəhbərlərinin 90 faizi yerli məşqçilərin arxasında durmur" - Ayxan Abbasov
    13.03.2026 23:02:00

    Azərbaycan Premyer Liqasının XXIV turunun “Sumqayıt” – “Şamaxı” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Maraqlı oyun alındı. Yuxarı sıralarda yerləşən komandalara çatmaq istəyirdik. Mübarizəli matç keçdi. Yaxşı atmosfer var idi. Vacib qələbə qazandıq. Futbolçulara mübarizələrinə görə təşəkkür edirəm. Acı məğlubiyyətlər də yaşamışıq, amma indi möhkəm komanda ola bilmişik. Bəlkə, mövsümün gedişində bəzi oyunlarda xal itirməsəydik, indi daha yuxarılarda ola bilərdik. Fasiləyə qədər bir oyun qalıb. Qarşıdan millinin də oyunu gəlir. Həqiqətən, yorulmuşuq. Amma istəməzdim, fasilə olsun. Komanda son oyunlarda yaxşı çıxış edir. Tək “Qarabağ”a uduzmuşuq.

    – Mövsümün sonunda gedəcəyiniz demək olar, dəqiqləşib. Qalmağınız üçün büdcə artmalıdır? Rəhbərlikdən hansısa hərəkət var?
    – Klubun inkişafı üçün addım-addım işlər görmək lazımdır. Ötən mövsüm aparıcı oyunçularımız getdi. Bu il də gələn oyunçular yaxşı çıxış edir. Bilirik ki, onları saxlamaq çətin olacaq. Nəsə qazanmaq istəyirsənsə, heyət qalmalı, güclənməlisən. Bunlar da büdcəylə bağlıdır. Klub olaraq da inkişaf etməliyik.

    – Yaxşı nəticələr qazanırsınız, amma “kasıb” komandalarda iş tapırsınız...
    – Bu sualın cavabı özümüzdədir. Nə zamana kimi özümüz özümüzə dəstək verməyəcəyik, düzəlməyəcək. Baxıram, adlı-sanlı məşqçilər yerliləri qınayır, onların yerinə göz dikir. Nə vaxt özümüzə qiymət verəcəyik, klub rəhbərləri yerli məşqçilərin arxasında duracaq, onda işləmək olar. Ancaq indi klub rəhbərlərinin 90 faizi yerli məşqçilərin arxasında durmur. Uzun məsələdir.

    – Bəlkə klub rəhbərlərinin dəyişməsinə ehtiyac var?
    – Bir çox klub rəhbəri artıq getməlidir. Nəticə qazanmırlar. Onları da sorğu-sual etmək lazımdır. Nə qədər məşqçi dəyişəcək? Tək məsələ məşqçi deyil. Bir çox mütəxəssis var, komandanı saxlayır, amma rəhbərliyin etdiyi yanlış transferlər problem yaradır. Bizim problemimiz tək məşqçi deyil. Gərək yerli məşqçilər də özlərinə dəstək olsun, bir-birinin arxasınca danışmasın.

    – Kərim Rossiyə yaxşı təklif var…
    – Harda çalışmışam, hücumçularım yaxşı çıxıb. Əli Qurbani, Peyman Babayi, Riçard Qadze… Rossi 2 il bundan öncə izlədiyim futbolçudur. Amma gələndə belə deyildi. Çox çalışdı. İndi onu “Şamaxı”da saxlamaq çətin olacaq. 9 qol vurub. İndi hücumçular var, 400-500 min alır, amma 2 qol vura bilmirlər.

    – O da gedəcək?
    – Müqaviləsi bitir.

    – İliçlə mübahisəniz olmuşdu. Bu qələbədən sonra sizi təbrik etdi?
    – Peşəkar məşqçidir. Oyundan sonra da salamlaşdıq, təbrik etdi. Bizdə bir çox məşqçilər var ki, udanda yaxınlaşır, uduzanda yox.

    – Yerli məşqçilər var ki, deyirlər, Ayxan niyə 2 yerdə işləyir…
    – Bilirəm, tələsməsinlər, yaydan bir yerdə işləyəcəyəm.

    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved