Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" görüşünün keçiriləcəyi tarix və saat müəyyənləşib.
Prosport.Az xəbər verir ki, qarşılaşma aprelin 30-da "Palms Sports Arena"da təşkil olunacaq və saat 20:00-da start götürəcək.
Qeyd edək ki, görüş "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Nyuakasl"la oyunlarına görə təxirə salınmışdı.

