Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, günün 2-ci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.
Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. Meydan sahibləri 32 xalla 6-cıdır.
Günün ilk görüşündə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı məğlub edib - 2:1.
Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.

