"Karvan-Yevlax" Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzub.
Prosport.Az xəbər verir ki, qonaqların baş məşqçisi Füzuli Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Düşünürdük ki, ən azından məğlub olmarıq. Qələbə qazanmaq istəyirdik. Oyuna çox ciddi hazırlaşmışdıq. İlk hissədə 2 səhv etdik. Bundan sonra geridönüş etmək çətin oldu. 2-ci yarıda daha aqressiv oynadıq. 1 qol vurduq. 2-ci qolu vurmaq üçün epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Qarşıdakı oyunlara hazırlaşacağıq.
- 2-ci qolu vurmaq üçün nə çatmadı?
- "Araz-Naxçıvan" kimi komandaya 2-3 qol vurmaq çətindir. 2-ci hissədə irəlidə oynadıq. 1 qol vurduq. Bundan başqa da epizodlarımız oldu. Bəzi epizodlarda səhv qərarlar 2-ci qolu vurmağa mane oldu.
- Kayl Spensin əvəzlənməsinin səbəbi nədir?
- Onda bir az yorğunluq hiss elədim.

