20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Ruy Jorjun mətbuat konfransı keçiriləcək.
Prosport.Az xəbər verir ki, tədbir martın 16-da "Radisson" otelində təşkil olunacaq və saat 14:00-da başlayacaq.
Qeyd edək ki, Ruy Jorj martın 10-da U-20-nin baş məşqçisi təyin olunub.

