“Qarabağ” Kris Kuakunun ayrılığını açıqlayıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionunun yaydığı açıqlamada bildirilib:
"Qarabağ" futbolçusu Kris Kuaku ilə bağlı Norveçin yüksək liqa təmsilçisi “Sarpsborq"la razılığa gəlib.
26 yaşlı yarımmüdafiəçi artıq yeni klubunun tibbi müayinəsindən keçib və rəsmi müqavilə imzalayacaq.
Kris Kuaku 2025-ci ilin yayında “Qarabağ”a transfer olunmuşdu.
Futbolçuya klubumuzda çıxış etdiyi müddətdə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".

