"Neftçi"nin legioneri Luis Ortisin halı pisləşib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, hadisə Premyer Liqanın XXIII turunun "Turan Tovuz"la ev oyununun (0:1) fasiləsində baş verib.
Paltardəyişmə otağına daxil olan paraqvaylı yarımmüdafiəçi birdən-birə özünü pis hiss edib, başı hərlənib. Ürəyi bulanan cənubi amerikalı çətinliklə nəfəs alıb. Həkimlərin müdaxiləsi nəticəsində təhlükə sovuşub.
Bunu görən Yuri Vernidub riskə getməyib, 2-ci hissədə Murad Xaçayevi meydana buraxıb.

