Futbol üzrə Azərbaycan I Liqasında XVIII tura start verilib.
Prosport.Az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
"Şimal" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda lider "Şəfa"nı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 42-yə yüksəldən "Şəfa" liderliyini davam etdirir. 11 xalı olan "Şimal" isə sonuncu - 12-ci yerdədir.

