Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kru" klubuna keçidi ilə bağlı qısa açıqlama da verib.
Sportlife.az xəbər verir ki, 21 yaşlı hücumçu MLS təmsilçisinin rəsmi saytına açıqlamasında bunları deyib:
"Salam, mən Nərimanam. "Kolambus Kru"ya qoşulmuşam. Burada olduğum üçün çox xoşbəxtəm".
Qeyd edək ki, Nəriman Axundzadə "Kolambus Kru" ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb. O, MLS təmsilçisinə qış fasiləsində "Qarabağ"dan keçib.

