Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Forma qalmaqalı böyüyür: "Xankəndi" "Şəmkir"i günahlandırdı
    10.03.2026 10:31:35

    "Xankəndi" futbol klubu ötən gün II Liqasının XVII turunda "Şəmkir"lə keçirilməli olan oyun öncəsi yaranmış xoşagəlməz vəziyyətlə bağlı bəyanat yayıb.

    Prosport.Az xəbər verir ki, açıqlamada deyilir:

    "Oyundan əvvəl komandaların meydançaya çıxışı və təşkilati prosedurlar zamanı formalarla bağlı texniki problem ortaya çıxıb. Məsələ dərhal oyunun təşkilati məsul şəxslərinin diqqətinə çatdırılıb və qaydalara uyğun şəkildə həll olunması üçün addımlar atılıb.

    Bu mərhələdə qarşılaşmanın rəsmi nümayəndələri (AFFA və PFL, eləcə də oyuna təyinat almış hakimlər briqadası və inspektor), o cümlədən yarışın təşkilində iştirak edən qurumların rəsmiləri ilə onlayn formatda təcili müzakirələr aparılıb, yaranmış vəziyyətin aradan qaldırılması və oyunun baş tutması üçün müxtəlif variantlar nəzərdən keçirilmişdir.

    Qeyd etmək lazımdır ki, yarışın Əsasnaməsinə uyğun olaraq oyunun əsas təşkilati məsuliyyəti oyuna təyin olunmuş Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) nümayəndəsinin üzərinə düşür və oyundan əvvəl, oyun zamanı və oyundan sonra onun verdiyi qərar və tələblər bütün iştirakçılar tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir.

    "Xankəndi" olaraq klubumuz yaranmış vəziyyətə baxmayaraq, qarşılaşmanın keçirilməsi üçün bütün mümkün həll yollarını və tövsiyələri dəstəkləmiş, rəsmi şəxslərin qərarlarına uyğun şəkildə hərəkət etmiş və oyunun baş tutması üçün üzərinə düşən bütün addımları atıb.

    Məqsədimiz çempionatın idman prinsiplərinə uyğun olaraq mübarizənin meydanda baş tutması və azarkeşlərin gözlədiyi oyunun keçirilməsi idi. Bununla yanaşı, baş vermiş hadisənin mahiyyətini tam aydınlaşdırmaq üçün bəzi məqamları xüsusi olaraq qeyd etməyi vacib hesab edirik.

    "Xankəndi" olaraq komandamız oyuna hazırlıq zamanı Peşəkar Futbol Liqası və AFFA tərəfindən müəyyən edilmiş bütün tələblərə tam əməl edərək stadiona gəlmişdir. Klubumuz oyun üçün iki fərqli rəngdə forma dəstini hazır vəziyyətdə təqdim etmişdir. Qeyd edək ki, AFFA və PFL nümayəndələri, eləcə də hakimlər briqadası və inspektor bunu yerində yoxlayıb dəqiqləşdirdilər.

    Yarış qaydalarına əsasən ev sahibi komanda oyundan ən azı iki gün əvvəl hansı forma ilə meydana çıxacağı barədə müvafiq qurumlara və rəqib klubun rəsmi elektron poçt ünvanına məlumat verməlidir. Bu oyunda məlumat ən gec iki gün öncə saat 16:00-dək təqdim olunmalı idi. Qonaq komanda məhz bu məlumat əsasında öz formasını müəyyənləşdirir.

    Təəssüf ki, "Şəmkir" Əsasnamənin bu tələbini pozaraq forma ilə bağlı məlumatı əvvəlcədən təqdim etməmişdir və ilk problem məhz bu səbəbdən yaranıb.

    Bundan əlavə, oyun günü ev sahibi komandanın yalnız bir forma dəsti ilə stadiona gəldiyi və alternativ forma təqdim edə bilmədiyi məlum olmuşdur. Yaranmış vəziyyətin aradan qaldırılması və oyunun keçirilməsi üçün müxtəlif həll variantları müzakirə olunsa da, nəticə etibarilə "Şəmkir" komandası bu tövsiyələrin heç birinə məhəl qoymayıb, beləliklə müxtəlif bəhanələr gətirərək oyuna çıxmaqdan imtina etmişdir.

    "Xankəndi" olaraq bir daha vurğulayırıq ki, klubumuz oyun üçün AFFA və PFL nümayəndələrinin, rəsmi şəxslərin bütün təşkilati, texniki tələblərini və tövsiyələrini nəzərə alaraq tam şəkildə yerinə yetirmiş və qarşılaşmaya hazır vəziyyətdə olmuşdur.

    PFL-in hadisə ilə bağlı açıqlamasında göstərilmişdir ki, qonaq komanda olan “Xankəndi” Əsasnamə üzrə problemin yaranmasına görə məsuliyyət daşımamasına baxmayaraq, oyunun keçirilməsi üçün AFFA nümayəndəsinin və PFL-in bütün tələblərini yerinə yetirərək Azərbaycan futbolunun maraqlarına xidmət etmişdir.

    Bir daha bəyan edirik ki, biz hər zaman çempionatın idman prinsiplərinə, qaydalarına və Azərbaycan futbolunun maraqlarına sadiq qalmışıq və sadiq qalmaqda davam edəcəyik.

    Bununla belə, baş vermiş hadisə ilə bağlı yekun ədalətli qərarın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müvafiq qurumları tərəfindən yarış qaydalarına uyğun şəkildə veriləcəyinə inanırıq".

    Futbol

    Leandro Andrade Baqali Daboya şərik çıxdı

    10.03.2026 11:11:38
    Futbol

    Millimizin müdafiəçisi 90 dəqiqə oynadı, 3 xala sevindi

    10.03.2026 10:56:48
    Futbol

    Forma qalmaqalı böyüyür: "Xankəndi" "Şəmkir"i günahlandırdı

    10.03.2026 10:31:35
    Futbol

    Premyer Liqa: Lider öz meydanında "Qəbələ"yə qarşı

    10.03.2026 10:02:41
    Futbol

    "Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm" - Qurban Berdiyev

    9.03.2026 23:36:04
    Futbol

    "Onlar bura oturmağa gəlməyib" - Yuri Vernidub

    9.03.2026 23:15:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı "Qalatasaray"ın oyununa təyinat aldı

    10.03.2026 12:15:06

    Azərbaycanda daha bir beynəlxalq idman tədbiri təxirə salındı

    10.03.2026 11:42:09

    Leandro Andrade Baqali Daboya şərik çıxdı

    10.03.2026 11:11:38

    Millimizin müdafiəçisi 90 dəqiqə oynadı, 3 xala sevindi

    10.03.2026 10:56:48

    Forma qalmaqalı böyüyür: "Xankəndi" "Şəmkir"i günahlandırdı

    10.03.2026 10:31:35

    Premyer Liqa: Lider öz meydanında "Qəbələ"yə qarşı

    10.03.2026 10:02:41

    WADA-nın Bakıdakı tədbiri Yaxın Şərqdəki vəziyyətə görə təxirə salındı

    10.03.2026 09:27:42

    Avropa çempionatı: 2 güləşçimiz finalda

    9.03.2026 23:56:22

    "Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm" - Qurban Berdiyev

    9.03.2026 23:36:04

    "Onlar bura oturmağa gəlməyib" - Yuri Vernidub

    9.03.2026 23:15:20

    Meydana "Barselona" forması ilə çıxmaq istəyən klubla bağlı PFL-ə müraciət edildi

    9.03.2026 22:47:14

    "Neftçi" öz meydanında "Turan Tovuz"la bacarmadı - VİDEO

    9.03.2026 22:31:20

    "Bu qədər çətinliyə baxmayaraq, 1 xal da pis deyil" - Rəşad Sadıqov

    9.03.2026 21:17:29

    "Bu gün 2 xal itirdik" - Azər Bağırov

    9.03.2026 21:07:34

    "Zirə" son dəqiqə qolu ilə məğlubiyyətdən qaçdı - VIDEO

    9.03.2026 20:24:36
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved