Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    PFL forma qalmaqalı barədə məlumat yaydı: "Şəmkir" Əsasnamənin tələblərini pozub"
    9.03.2026 19:31:14

    "İlk növbədə bildiririk ki, oyun forması ilə bağlı məsələlər II Liqa Əsasnaməsi ilə tam şəkildə tənzimlənir. Qaydalara əsasən, meydan sahibi komanda istifadə edəcəyi formanı əvvəlcədən müvafiq qurumlara və rəqib komandaya göndərməlidir, bu oyundan ən gec 2 gün öncə saat 16:00-dək olmalıdır. Qonaq komanda isə məhz bu məlumat əsasında öz formasını müəyyənləşdirir. Təəssüf ki, “Şəmkir” klubu Əsasnamənin tələbini pozaraq forma ilə bağlı məlumatı əvvəlcədən təqdim etməyib. İlk problem də məhz bu səbəbdən yaranıb".

    Prosport.Az-ın xəbərinə görə, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

    PFL bu gün saat 15:00-da baş tutmalı olan II Liqanın "Şəmkir" – "Xankəndi" oyunu ilə bağlı məsələyə aydınlıq gətirib. Forma qalmaqalına görə baş tutmayan oyunun təfərrüatları PFL vasitəsilə izah edilib:

    "Oyundan əvvəl hakimlər və komandalar formalar arasında oxşarlıq olduğunu müəyyən edərək bu barədə məlumat verib. Bundan sonra PFL tərəfindən məsələ operativ şəkildə araşdırılıb. “Şəmkir” klubu PFL-ə bildirib ki, onların hazırda cəmi 1 oyun forması mövcuddur və 2-ci forma bu və ya digər səbəbdən təqdim edilməyib.

    Qonaq komanda olan “Xankəndi” isə əvvəlcədən hazırladığı formaya baxmayaraq, oyunun keçirilməsi naminə hakimlərin və AFFA nümayəndəsinin tələblərini yerinə yetirərək formasını dəyişib. Lakin hakimlər bu variantı da uyğun hesab etməyib və oyunun gedişində problemlər yarana biləcəyini bildiriblər.

    Məsələ uzandıqca PFL tərəfindən həm hakimlərə, həm də hər 2 komandaya bildirilib ki, görüş saat 16:30-a təyin olunub və bu vaxt gün batımı, həmçinin oyunun qaranlığa düşməməsi nəzərə alınaraq seçilib. PFL alternativ variantlardan istifadə etməyə çalışıb.

    İlk növbədə “Şəmkir” klubu ilə danışıqlar aparılıb və onlara alternativ formaların əldə edilməsi təklif olunub. Lakin klub bu təkliflə razılaşmayıb. Ümumiyyətlə "Şəmkir" klubu ev sahibi olmasına baxmayaraq, problemin həlli üçün hər hansı bir variantlar belə təklif etməyib.

    Eyni zamanda, qonaq komanda olan “Xankəndi Əsasnaməyə əsasən problemin yaranmasına görə məsuliyyət daşımamasına baxmayaraq, oyunun keçirilməsi üçün AFFA nümayəndəsinin və PFL-in tələblərini yerinə yetirərək Azərbaycan futbolunun maraqları naminə alternativ forma tapmağa nail olub.

    Nəticədə saat 16:15 radələrində oyunun keçirilməsi üçün bütün hazırlıqlar tamamlanıb və komandalar bu barədə AFFA nümayəndəsi tərəfindən məlumatlandırılıb. Buna baxmayaraq, “Şəmkir” klubu oyuna çıxmaqdan imtina edib.

    Qeyd edirik ki, PFL yaranmış vəziyyətlə bağlı üzərinə düşən bütün addımları atıb. Problem məlum olduqdan dərhal sonra məsələ onlayn formatda təcili iclasda müzakirə olunub və oyunun keçirilməsi üçün bütün mümkün imkanlardan istifadə edilib.

    Bildiririk ki, Əsasnamənin 13-cü maddəsində qeyd olunduğu kimi, oyunun əsas təşkilatçısı AFFA nümayəndəsidir. AFFA nümayəndəsinin oyundan öncə, oyun zamanı, oyundan sonra tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. "Şəmkir" klubunun səhlənkarlığı ilə bağlı yaranmış bu vəziyyəti nümayəndə 30 dəqiqədən sonra da protokolu bağlayaraq yekunlaşdıra bilərdi. Amma liqanın bütövlüyü və futbol rəhbər tutularaq sırf "Şəmkir" klubunun səhlənkarlığının aradan qaldırılması üçün bütün rəsmilər, PFL və "Xankəndi" müvafiq addımlar atırdı.

    "Şəmkir"in simasında bütün klublara səslənərək bildiririk ki, oyunların təşkili ilə bağlı bütüb qaydalar müvafiq yarış Əsasnamələrində detallı şəkildə qeyd olunub. Onlardan qaydaları tam oxumaları və riayət etmələri xahiş olunur ki, gələcəkdə belə problemlər yaşanmasın".

    Qeyd edək ki, AFFA İntizam Komitəsinin bu oyunla bağlı verəcəyi qərar maraqla gözlənilir.

    Qalmaqalla bağlı videogörüntülər bu linkdədir – https://prosport.az/az/news/id-21283.

    Futbol

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49
    Futbol

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37
    Futbol

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22
    Futbol

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58
    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved