Polşa Ekstraklasasında XXIV turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geydiyi “Motor” evdə “Qornik”lə qarşılaşıb.
Görüş qolsuz heç-heçə ilə bitib – 0:0. Azərbaycanlı forvard 73-cü dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, Renat Dadaşovun komandası hazırda 31 xalla 13-cü pillədə qərarlaşıb.

