Niderland Erediviziyasında XXVI turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün çıxış etdiyi “Volendam” bu tur “Neymegen”in qonağı olub və 0:3 hesabıyla uduzub.
Kökçü start heyətində meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.
“Volendam” hazırda 27 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

