Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sabah"ın çempionluq şansı daha çoxdur" - Qurban Qurbanov
    8.03.2026 22:18:34

    Azərbaycan Premyer Liqasının XXIII turunda "Qarabağ" doğma meydanda "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə darmadağın edib.

    Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    - Üzrlü hesab edin, bir az gec gəldim. Rayonda riyaziyyat müəlliməm olan Gülnaz müəllimə ilə görüşdüm. Onu bəlkə də son dəfə 30 il bundan qabaq görmüşdüm. Sən demə, hər dəfə oyunlarımıza gəlib izləyirmiş. Stadionda xeyli sayda qadın azarkeşlər var idi. Onlara təşəkkür edirəm. Bu gün qadınların bayramıdır, onlara xoşbəxtlik, sağlam həyat arzulayıram. Yaxşı oyun alındı. Həm bolqollu matç keçdi, həm də yaxşı hücumlarımız alındı. Düşündüyümüz, məşqdə etdiklərimizi meydanda gördüm. Bu da çox önəmlidir. Mənə inam verdi ki, futbolçular yavaş-yavaş özlərinə gəlməyə başlayırlar. Yorğunluq, gərginlik qalır deyə, bəzən alınmır. Amma bu gün xeyli yaxşı şey gördüm. Lakin narazı qaldığım epizodlar da oldu.  Oyundan sonra da futbolçulara bəzi iradlar bildirdim ki, onu yaxşılaşdırmalıyıq. İnanıram ki, bir neçə matçdan sonra hər şey qaydasına düşəcək. "Araz-Naxçıvan"a uğurlar arzulayıram. 3:0 geridə olsalar da, öz oyunlarından əl çəkmirdilər. Sadəcə bəlkə futbolçularımız keyfiyyəti hesabına epizodlardan istifadə etdilər. Futbolçularımı təbrik edirəm.

    - "Araz-Naxçıvan"a son 3 matçda 16 qol vurmusunuz. Bunun səbəbi rəqibin açıq futbola üstünlük verməyindən irəli gəlir?

    - Biz tam bu oyuna köklənmişdik. "Araz-Naxçıvan" indi də, bundan əvvəl də həmişə baxımlı futbol oynayıb. Elmar Baxşıyevin vaxtında da belə idi. Ola bilər ki, onlarla oyun bizim idman formamızın yaxşı olduğu vaxta düşür. "Araz-Naxçıvan" bizim üçün heç də asan rəqib olmayıb. Bu gün bəlkə kənardan rahat görünürdük. Amma futbolçularımız çox əziyyət çəkdi, aktiv idilər. Əvvəlki oyunlar haqda düşünməmişdim.

    - Musa Qurbanlı ardıcıl 3 oyunda 3 qol vurdu. Bu məqam sizi hücum xəttinə oyunçu seçimi baxımından gələcək oyunlarda çətinliyə salmayacaq?

    - Əlbəttə, bu, sevindirici haldır. Dünya futboluna baxsaq, sonradan meydana girən oyunçuların oyunu dəyişməsi çox çətindir. Buna qabiliyyət və bacarıq lazımdır. Ələlxüsus da, rəqib müdafiədə sıx oynayırsa, belə oyunçular ehtiyac olur. Musada yaxşılığa doğru irəliləyiş çoxdur, həvəsdən düşməməlidir, daim mübarizə aparmalıdır. Yavaş-yavaş böyüyür, hamımız üçün sevindiricidir. Hazırda ondan razıyam.

    - Azərbaycan Kubokunun finalından sonra "Qarabağ"ın oyunlarına bütün hakimlər təyinat alıb. Bircə ən təcrübəli hakimlərdən biri olan İnqilab Məmmədovdan başqa. Sizcə, De Blekere və Rəhim Həsənovun İnqilab Məmmədovu "Qarabağ"ın oyunlarınına göndərməməyi təsadüfdür?

    - Finaldan sonra göndərilməyib? İnanın, heç düşünməmişdim.Heç ağlıma da gəlməyib. İnqilab Məmmədovu hardasa görmüşəm, axı.

    - Qapıçılar üzrə köməkçi məşqçiniz Hüseyn Seyidov iki ildir ki, komandada çalışır. Ondan sonra sanki qapıçılarda dəyişiklik hiss edilir. Bu haqda nə düşünürsünüz? Demək olar ki, artıq qapıçı məşqçisi də yetişdirirsiniz? Çünki bir müddət əvvəl təcrübə üçün onu "Qalatasaray"a da göndərmişdiniz...

    - Bizim qapıçı məşqçisi Elxan Həsənovdur, hamımızın tanıdığı, hörmət etdiyi şəxs. "Qarabağ"a gəldim, Nizami Sadıqov qapıçı məşqçisi idi. O, "Turan"a baş məşqçi getdi, ondan sonra elə indiyə qədər Elxan Həsənovla işləyirik. Komandamda qapıçıların baş məşqçisi Elxan bəydir, Hüseyn onun köməkçisidir. Özü də perspektivli gənc qapıçı məşqçisi axtarırdı ki, gələcək üçün hazırlasın, özünə də kömək etsin. Özünün də az yaşı yoxdur. Qapıçılarımızın da sayı çoxalır, hər məşqdə 4-5 qapıçı olur. Elxan müəllim özü Hüseyni yönləndirir. O, mənə dedi ki, "Qalatasaray"a, başqa yerə təcrübəyə göndərək ki, yavaş-yavaş tam hazır olsun. Hər ikisindən razıyam. Elxan müəllim cavabdehdir bu məsələyə. Hüseynə gəldikdə, qabiliyyətli və bacarıqlı uşaqdır. Daim da axtarışdadır. Bütün günü Elxan müəllimlə birlikdədirlər, müzakirə aparırlar, birlikdə işləyirlər.

    - Artıq çempionatda 3-cü dövrəyə start verildi. Demək olar ki, "Qarabağ" üçün əsl çempionluq mübarizəsi elə bu turdan başlayır?

    - Bəli, daha çox diqqət ayırırıq. Amma inanın ki, futbolçuların bir az da özünə gəlməsinə ehtiyac var. Həqiqətən bu il ən gərgin illərdən biri oldu. Çempionlar Liqasının oyunları,gözləntilər...Bəlkə də bizim 10 yox, 3-4 xalımız olsaydı, bəlkə daha rahat oynayardılar, heç kimin çox da tələbi olmazdı. Amma hər qələbə gəldikdə, daha çox gözlənti oldu. Futbolçuların məsuliyyəti də artdı. Son oyuna qədər gərginlik oldu. Futbolçular o gərginliyə dözdülər. Çempionat heç də asan deyil. Baxmayaraq ki, bu gün belə hesabla qazandıq. Hər oyunumuzda son saniyəyə qədər mübarizə gedib. İndidən daha rahat hazırlaşmağa şansımız olacaq. Əfsuslar olsun ki, 2 oyundan sonra fasilə olacaq. Komanda bir yerdə olmayacaq. Mənim üçün komandanın bir yerdə olması çox vacibdir. "Sabah"ın şansı daha çoxdur, yaxşı komanda formalaşdırıblar, amma biz sona qədər mübarizə aparacağıq. Qarşıdakı günlərdə futbolçuların idman formasını mütləq yaxşılaşdırmalıyıq.

    - "Sabah"la ölkə kubokunun yarımfinalında da rəqibsiniz. Bu matçlar Premyer Liqadakı rəqabətə təsir edəcək? 

    - Əlbəttə. Başqa-başqa turnirlərdir. Kubok başqa prestijdir. Həm bizim, həm də "Sabah" üçün, həm də avrokuboklar üçün yaxşı hazırlıq olacaq. Bundan sonra onlarla bu səviyyədə oyunların olması, hər iki tərəf üçün böyük faydası var.

    - "Qarabağ" "Sabah"la matçlara qisas gözü ilə baxacaq?

    - Yox, heç kimə qisas kimi baxmırıq. Belə fikrimiz yoxdur. İllərdir ki, "Sabah"la da, digər klublarla da oyunlarımızı oynayırıq. İl ərzində 3 və ya 5 oyun oynamaq lazımdırsa, oynayırıq.

    - "Sabah"la görüşdə onların məşqçisinin qeyri-etik jestinə görə hansısa cərimə verilmədi. Dedilər ki, məsələyə  sonradan yenidən baxılacaq. Bəs ilk qərar siz hansı hissləri keçirdiz, təəssüf, yoxsa sizə qəribə gəldi?

    - Təəssüf hissi o oldu ki, olmamalı idi. Ümumiyyətlə, sonradan kart göstərilməsinin də tərəfdarı deyiləm. Belə qalmaqallar futbolun gözəlliklərinin bir hissəsidir. Futbolun inkişafı, intriqanın artması, keyfiyyətli olması üçün belə qalmaqallar futbolçulara da daha çox məsuliyyət verir. Belə şeylərdə hansısa qırmızı vərəqənin və ya cəzanın verilməsinin tərəfdarı deyiləm. Meydandan kənarda olan qalmaqaldır, o da yerində həll edildi, bitdi. Epizodlar olur ki, yerində, o an hansısa qərarı verirsən. Düz oldu, səhv oldu, yaxşı və ya pis oldu...Mənə elə gəlir ki, içəridən gələn kindən olan bir şey deyil. Sırf idman emosiyalarıdır, hamı udmaq istəyir. Bəzən bazada məşqçilər yığışıb 5-5-ə futbol oynayırıq, orada da o qədər intriqa, dava-dalaş olur ki. Ya dostlar arasında oynayanda, o qədər qışqır-bağır düşür, məni də bağışlayın, o qədər söyüşlər olur ki..(gülür). Oyun bitdi, hər şey qaydasındadır. Futbol emosiya oyunudur, belə hallar olmasın, amma olması da futbolumuzun daha da keyfiyyətli olmasına gətirib çıxarır.

    - Martın 4-də AFFA İcraiyyə Komitəsinin legioner limitini ləğv etməsinin və liqada komanda sayının artırılması qərarının bir ili tamam oldu. Sizcə, Premyer Liqada komanda sayının artırılması qərarı özünü nə dərəcədə doğrultdu? İnfrastrukturlar bağlı problemlər yaşanır..

    - Komanda artımının həmişə tərəfdarı olmuşam. Həmişə də o problemlərin olacağını öncədən düşünmüşəm. Əlbəttə ki, böyümək və stabil olmaq üçün mütləq ki, nəyisə qurban verməlisən. Bəzən tanınmış məşqçilər, böyük klublar belə, 0:7 məğlubiyyətdən sonra daha da böyüməyə başlayırlar. Bəli, hazırda bir neçə komandanın yaxşı meydançası yoxdur. Bəli, hansısa dəyişiklik etmək olar, olardı. Amma inanmıram ki, gələn il hansısa komandanın stadionla bağlı yenə problemi olsun. İstər yeni gəlsin, istərsə də liqada qalanlardan olsun. Ən azından, builki minuslara görə, vacib olan tərəflərdən düzəldilən məsələlər olacaq. Sadəcə birdən-birə də hər şey olmur. Artım belə olur. Sabah hansısa yeni gələn komandanın yeni sponsoru, o rayonun oğlu çıxar deyər ki, komandanı böyüdəcəm, nəticələri yaxşılaşdıracam. Futbol belə sevilir də. Bir il bir komanda belə formalaşır, iki il sonra başqa komanda formalaşır. Hər bölgədə bir neçə komanda olur. Qüsurlar var. Amma gözlənilən qüsurlar artar. Get-gedə sayın artmasının həmişə tərəfdarıyam ki, bölgələrdə komandaların sayının çox olması, futbolun sevilməsi deməkdir.

    Futbol

    "Bu gün 2 xal itirdik" - Azər Bağırov

    9.03.2026 21:07:34
    Futbol

    "Zirə" son dəqiqə qolu ilə məğlubiyyətdən qaçdı - VIDEO

    9.03.2026 20:24:36
    Futbol

    "Neftçi" - "Turan Tovuz": HEYƏTLƏR

    9.03.2026 20:11:15
    Futbol

    PFL forma qalmaqalı barədə məlumat yaydı: "Şəmkir" Əsasnamənin tələblərini pozub"

    9.03.2026 19:31:14
    Futbol

    "Zirə" - "Kəpəz": HEYƏTLƏR

    9.03.2026 17:19:46
    Futbol

    Futbolumuzda növbəti rəzalət: "Xankəndi" "Barselona" forması ilə meydana çıxmaq istədi – EKSKLÜZİV GÖRÜNTÜLƏR

    9.03.2026 17:11:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bu gün 2 xal itirdik" - Azər Bağırov

    9.03.2026 21:07:34

    "Zirə" son dəqiqə qolu ilə məğlubiyyətdən qaçdı - VIDEO

    9.03.2026 20:24:36

    "Neftçi" - "Turan Tovuz": HEYƏTLƏR

    9.03.2026 20:11:15

    Tur Sumqayıtda başlayıb, Bakıda bitəcək

    9.03.2026 20:00:18

    PFL forma qalmaqalı barədə məlumat yaydı: "Şəmkir" Əsasnamənin tələblərini pozub"

    9.03.2026 19:31:14

    "Zirə" - "Kəpəz": HEYƏTLƏR

    9.03.2026 17:19:46

    Futbolumuzda növbəti rəzalət: "Xankəndi" "Barselona" forması ilə meydana çıxmaq istədi – EKSKLÜZİV GÖRÜNTÜLƏR

    9.03.2026 17:11:35

    Millimizin üzvü Yunanıstanda kubok qazandı

    9.03.2026 16:53:48

    "Mingəçevir"də türkiyəli məşqçi təyinatı – FOTO

    9.03.2026 15:29:45

    Millimiz Şamaxıda toplanışa başladı

    9.03.2026 14:27:29

    "Turan Tovuz"la oyun öncəsi "Neftçi"də ciddi itki

    9.03.2026 13:47:34

    Musa Qurbanlı yenidən legioner həyatı yaşamaq istəyir? - Özü açıqladı

    9.03.2026 13:21:15

    Millimizin ilk dəfə qatılacağı turnir üçün heyəti - ADLAR

    9.03.2026 12:44:04

    Cüdo yığmamız Avstriyada 4 medalla 1-ci oldu

    9.03.2026 12:13:46

    Adı millimizlə hallanan məşqçi hava limanında öldü

    9.03.2026 11:46:22
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved