Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu gün bizdə bəziləri oynamaq istəmirdi" - Andrey Demçenko
    8.03.2026 22:14:52

    Azərbaycan Premyer Liqasının XXIII turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (6:0) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – “Qarabağ”ı təbrik edirəm, bu gün yaxşı oynadılar. Hər komanda rəqibin ona verdiyi imkanlar daxilində oynayır. Bu gün “Qarabağ”a isdədikləri kimi oynamağa imkan verdilər. Bu oyunda fikrimiz başqa idi, çox pressinq edib, onlara yaxın oynamaq istəyirdik. Deyərdim ki, pressinq komanda oyunudur. Hər futbolçunu bunu etməyəndə artıq komandaya təsir edir. İlk qol oyunumuza təsir etdi. Qapıçımız topu götürməli olduğu halda alınmadı. Belə bir hal olanda rəqib oyunçulara daha çox güvən verirsiniz və nəticə belə alınır. Azarkeşlərimizdən bu cür oyuna görə üzr istəyirəm. Onlar bugünkü məyusluğa layiq deyildilər. Futbol komanda oyunudur. Bu gün bizdə 2 qrup var idi. Bəziləri oynamaq, bəziləri oynamaq istəmirdi. Bugünkü məğlubiyyətə səbəbkar tək futbolçular deyil, həm də məşqçilərdir.

    – Hədəf avrokuboklardır. Qarşıdan “Şamaxı” və “Karvan-Yevlax”la oyunlar gəlir. Bu görüşlərdə xal itkiləri komandaya necə təsir edər?
    – Düzdür, bu cür oyundan sonra nəsə demək çətindir. Çalışacağıq ki, bərpa olaq və özümüzü göstərə bilək.

    – Futbolçuların səhvlərindən danışdınız. Məşqçilər korpusunun da səhv etdiyini dediniz. Ola bilər ki, əsas səhv “Qarabağ”la oyunda topla çox oynamaq istəyi idi?
    – Futbolçular “Qarabağ”a qarşı oynamağın asan olmadığını bilirdi. Belə rəqiblərlə matçdan əvvəl narahatlıq olur, çəkingənlik yaranır və oyun alınmır. Yenə komandanı yığıb, səhvləri axtarmalıyıq. Belə nəticədən sonra oyunçular cərimələnəcək. Bu, rəhbərliyin tapşırığıdır.

    – Düşünürsünüz ki, sanki futbolçular oynamaq istəmədi?
    – Fəlsəfəmiz bütün rəqiblərə qarşı eynidir. Bəzən futbolda belə hallar olur, güclü komandalara qarşı çətinliklər yaşayırsan.

    – “Araz-Naxçıvan”ın ev oyunlarını Bakıda keçirməsi nəticələrə necə təsir edir? Məsələn, elə bil, Donetsk klubu Kiyevdə oynayır…
    – Çox komanda var ki, Bakıda məşq edir, Bakıda oynayır. Futbolçu və məşqçi üçün stadionun fərqi yoxdur. Naxçıvan komandasıyıq, başa düşürəm. Lakin mən gələndə də artıq Bakıda oynayırdıq.

    Futbol

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49
    Futbol

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37
    Futbol

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22
    Futbol

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58
    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved