Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Debüt ilimizdə 22 xal toplamışıq, yaxşı nəticədir" – Jorj Kaşkilya
    8.03.2026 17:43:48

    Azərbaycan Premyer Liqasının XXIII turunun “Şamaxı” – “İmişli” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Çox mübarizəli oyun getdi. “Şamaxı”nın oyununu bilirdik, buna hazır idik. Sərt oyun keçdi. Son yarım saat da daha çox hücum etdik. Şanslarımız var idi, dəyərləndirə bilmədik. “Şamaxı” çox qayda pozuntusu edirdi. Baş hakim də buna imkan verirdi. Sərt oyun tempi aşağı salırdı. Tempi artırmaq istəyirdik. Oyundan razıyıq. Hücuma çıxırdıq. Sonlarda imkanımız oldu, vura bilmədik. Reallıq odur ki, yenə heç-heçə etdik. Pis nəticə deyil. Amma bura qələbə üçün gəlmişdik.

    – Komanda uzun müddətdir, qələbə qazanmır. Beş oyundur, qol vura bilmirsiniz. Bunların fonunda nədən razı qalırsınız?
    – Heyətimiz limitlidir. Nəzərə almaq lazımdır. Başqa komandalardan fərqli olaraq, bizim hücum oyunçularımızda bəzi keyfiyyətlər çatışmır. Debüt ilimizdir. 22 xal toplamışıq və yaxşı nəticədir. Limitli komanda olsaq da, yaxşı oyun göstəririk. Komandamız hər zaman 100 faiz gücüylə mübarizə aparır. Çempionatdakı mövqeyimizə baxsaq, pis deyil. Sona qədər mübarizə aparırıq. Komandanın əziyyətinə dəyər verilir. Faktdır ki, qələbə qazana bilmirik, problemlər var. Başqa da fakt var ki, Premyer Liqada hər komanda bizə qalib gəlməyə çətinlik çəkir. İşimizə davam edəcəyik. Məqsəd Premyer Liqada qalmaqdır.

    – 11-ci sıra ilə aradakı xal fərqi 6-dır. Qarşıdan ağır oyunlarınız gəlir. Fərqin qapanmasından narahat deyilsiniz?
    – Narahat edir. İşimizin də məqsədi odur ki, fərqin qapanmasına imkan verməyək. Başa düşürük, çətin oyunlar var. Amma onlara qarşı layiqli mübarizə göstərə bilirik.

    Futbol

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49
    Futbol

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37
    Futbol

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22
    Futbol

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58
    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved