Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kəpəz"lə matça qədər fərqi azaltmalıyıq" – Füzuli Məmmədov
    7.03.2026 18:44:48

    Azərbaycan Premyer Liqasının XXIII turunun “Karvan-Yevlax” – “Sumqayıt” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Maraqlı oyun alındı. 2 tərəf də meydanda mübarizə apardı. Futbolçularımın döyüşkənliyi məni sevindirdi. Çox çalışırıq ki, qol buraxmayaq. Təəssüf ki, oyun ərzində rəqib çox qol epizodu yaratmadı, amma diqqətsizliyimizdən penalti qazandılar. Bizim daha yaxşı imkanlarımız var idi. Daha erkən qol vura bilərdik. Futbolçuların döyüşkənliyinə görə onlara təşəkkür etdim. Qələbəyə köklənmişdik. Futbolçular da çox istəkli idilər.

    – Ardıcıl 2 oyunda xal qazandınız. Liqada qalmaq ümidləri artıb?
    – Futbolçular, məşqçilər korpusu işə çox ciddi yanaşır. Bu gün də qələbəyə çox inanırdıq. Geri düşəndən sonra qələbə çətin olur. Yaxşıdır ki, ardıcıl 2 oyundur, məğlub olmuruq. Fərqi aradan qaldırmaq üçün qələbəyə ehtiyac var.

    – Qarşıda “Zirə”, “Araz-Naxçıvan”, “Qarabağ” və “Kəpəz”lə görüşlər var. Bu qrafik komandaya necə təsir edəcək?
    – “Araz-Naxçıvan”la burda da oynayanda pis oynamamışdıq. Sadəcə keyfiyyət matçın taleyini həll etmişdi. Oyunlara ciddi hazırlaşacağıq. “Kəpəz”lə matça qədər fərqi azaltmalıyıq. Çalışacağıq ki, qələbələr qazanaq.

    – Yaxşı qapıçı komandanın yarısıdır. Sizcə, Pedro Mateuş yarıdan daha çox deyil?
    – Pedro özünü yaxşı tərəfdən göstərir. Burda qapıçı məşqçisinin də işini dəyərləndirmək lazımdır. Kritik seyvlər edir, amma komandanın da əziyyətini yerə vurmaq olmaz.

    – Araz Abdullayevin durumu necədir?
    – Zədədən qayıdandan sonra yenidən ağrılar hiss edib. Yaxşı müalicə keçib. Komandayla 2 məşqə çıxıb. Çox çalışmalıdır ki, komandaya kömək ola bilsin.

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved