"Neftçi" rəhbərliyi Yuri Vernidubun narahatlığına son qoyub.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, baş məşqçinin müraciətini nəzərə alan rəhbərlik onun xanımının Ukraynadan Azərbaycana gəlməsinə köməklik göstərib. 59 yaşlı mütəxəssisin həyat yoldaşı artıq Bakıdadır.
"Ağ-qaralar" cütlük üçün ev də icarəyə götürüb. Onlar artıq "Ağ şəhər"də yaşayır.
Qeyd edək ki, Yuri Vernidub ötən ilin əvvəlindən bəri ölkəmizdə fəaliyyət göstərir.

