UFC prezidenti Deyna Vayt Bakıda yeni turnir keçirəcəklərinin anonsunu verib.
Prosport.Az xəbər verir ki, bu haqda keçmiş prodüsser Ced Qudman X səhifəsində məlumat paylaşıb.
Deyna Vayt "FOX Sport" telekanalına müsahibəsində deyib: "Biz tezliklə Azərbaycana qayıdacağıq. Həmçinin Gürcüstanda turnir keçirmək istəyirik və bu il Cənubi Afrika Respublikasında da yarış təşkil edə bilərik".
Xatırladaq ki, Bakıda ilk dəfə UFC yarışı ötən yay keçirilib.

