"Səbail" futbol klubunun baş məşqçisi Adil Şükürov komandasına I Liqanın XVII turunun "Cəbrayıl"la Şamaxıda keçirilən oyunu üçün cəmi 1 gün məşq keçə bilib.
Prosport.Az-ın xəbərinə görə, buna səbəb onun Səudiyyə Ərəbistanında ilişib qalması olub.
Adil Şükürov və həyat yoldaşı Ümrə ziyarətinə gedibmiş. Lakin İran – İsrail/ABŞ müharibəsinə görə sözügedən ölkədə hava məkanı bağlanıb deyə, onların ölkəyə vaxtında qayıtması mümkün olmayıb. Nəticədə onlar Ciddə şəhərində bir neçə gün təxliyə edilmələrini gözləməli olublar.
Yalnız martın 4-ü axşam Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyə həyata keçirilib. AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsi ilə ümumilikdə 200-dən çox vətəndaşın ölkəyə qayıdışı təmin olunub.
Qeyd edək ki, bu saatlarda davam edən "Cəbrayıl" – "Səbail" qarşılaşmasında nominal qonaqlar 3:1 hesabı ilə öndədir.
Səbuhi Musa

