Almaniyanın III Liqa klubu “Aue”də tarixin ən yaxşı “11-liy”i müəyyənləşib.
Prosport.Az xəbər verir ki, klubun 80 illik yubileyi münasibətilə azarkeşlər arasında aparılan səsvermə nəticəsində simvolik “11-lik” seçilib.
Maraqlıdır ki, tarixi heyətdə Azərbaycan millisinin sabiq futbolçusu Dimitri Nazarov da yer alıb. Azarkeşlər 2016-2023-cü illərdə bu komandanın formasını geyinmiş keçmiş kapitanı ən yaxşı yarımmüdafiəçilərdən biri hesab edib.
“Aue”nin heyətində minimum 100 oyun keçirmiş futbolçular rəmzi “11-liy”ə namizəd olublar. Nazarov isə bu komandanın heyətində 200-dən çox matçda forma geyinib. Ötən ilin yayında “Offenbax”dan ayrılan 35 yaşlı yarımmüdafiəçi həmin vaxtdan bəri klubsuzdur.
Qeyd edək ki, Dimitri Nazarov 2014-2022-ci illərdə Azərbaycan millisinin heyətində 46 oyuna çıxıb, 7 qola imza atıb.

