Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Oyunlardan sonra yata bilmirəm" - Kaxaber Sxadadze
    5.03.2026 22:44:34

    "Qəbələ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sabah"a penaltilər seriyasında məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

    Prosport.Az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqisi Kaxaber Sxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Çox maraqlı oyun keçdi. Çoxlu qol epizodları və qollar oldu. "Sabah"ı qələbə münasibətilə təbrik edirəm. Futbolçularım xarakter göstərdilər və oyun olaraq əllərindən gələni etdilər. Çempionatda bu cür oyunlara ehtiyacımız var. Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıdakı çempionat oyununda da "Sabah"la qarşılaşacağıq.

    - Rza Cəfərov niyə oynamadı?

    - Səlahət Ağayevin son 2 oyunu yaxşı alınmışdı. Ona görə şans verdik. Oyunundan razı qaldım.

    - Nəzərə alsaq ki, penaltilərdə "Qəbələ" bu mövsüm elə də ürəkaçan təsir bağışlamır. Penaltilər seriyasına gedəndə nə düşündünüz?

    - Düzünü desəm, düşündüm ki, artıq qələbə qazanmışıq. Güman edirdim ki, penaltilər seriyasında yaxşı çıxış edəcəyik. Son 2 çempionat oyununu nəzərə alsaq, bu matçda belə gözləmirdim. penaltilər seriyası psixoloji məsələdir. Murad Musayev həmişə fərqli küncə vurur, bu dəfə alınmadı. Mən özüm də onun vurduğu penaltiyə təəccübləndim. Futbolçularım məşqlərdə etdiklərini psixoloji səbəbdən bu gün icra edə bilmədilər. Biz futbolçulardan öncədən soruşuruq ki, kim penaltini vurmaq istəyir. 

    - Ba Lua haqqında düşüncələriniz necədir?

    - Ba Lua çox vacib oyunçudur. Əlbəttə ki, qış hazırlıq toplanışında bizlə birlikdə olsaydı, daha hazır olardı. Qırmızı vərəqəyə gəldikdə isə  epizodu AFFA özü aydınlaşdırmalıdır. Mənə elə gəlir ki, oyun epizodundan öncə qayda pozuntusu vardı. Həm də istərdim araşdırsınlar. Hakimlərin yanaşması fərqli ola bilər. Onsuz da geriyə dönən deyilik. Daha bir məqamda Akinadenin üzünə zərbə oldu. Şəxsi düşüncəmə görə, həmin epizodda qırmızı vərəqə var idi. Bu da araşdırılmalıdır.

    - Yəqin ki, bu gecə yata bilməyəcəksiniz və yaxud gec yatacaqsınız. Bu xoşbəxtlikdən olacaq, yoxsa məyusluqdan?

    - Futbolçu vaxtlarımda da, indi də oyunlardan sonra yata bilmirəm (gülür). Bu adrenalindir. Məğlub olmaq olar. Amma bu cür oyun, xarakter göstərmək asan deyil. 

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved