Azərbaycan I Liqasında çıxış edən Xaçmazın "Şimal" futbol klubu heyətini yeni legionerlə gücləndirib.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi kot-d'ivuarlı 21 yaşlı hücumçu Qla Anj Donaldı transfer edib.
Futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Donald karyerası ərzində Moldovanın "Saksan" və Azərbaycanda "Mingəçevir" komandalarında çıxış edib. Hücumçunun "Şimal"ın heyətində 7 nömrəli forma ilə çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, "Şimal" hazırda I Liqanın turnir cədvəlində 8 xalla onuncudur.

