“Şəfa” klubunun rəhbərliyində gözlənilməz istefa baş verib.
Prosport.Az qafqazinfo-ya istinadən xəbər verir ki, klubun prezidenti Sərdar Salmanzadə vəzifəsindən gedib.
“Səbəb odur ki strategiya və fikir ayrılığı mövcuddur. “Şəfa” futbol klubuna uğurlar arzu edirəm, orada mənə əziz insanlar çalışır. Özüm isə fəaliyyətimi, Allahın köməyi ilə, daha miqyaslı layihələr ilə davam edəcəyəm”, - deyə Salmanzadə deyib.
Qeyd edək ki, “Şəfa” 36 xalla hazırda I Liqada turnir cədvəlinə liderlik edir.

