Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Qurban Qurbanov "Sabah"ın prezidentinə cavab vermədi
    4.03.2026 21:52:07

    Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qarabağ” – “Şamaxı” oyunundan (3:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Futbolçuları təbrik edirəm. Vacib qələbə qazandıq. 2-ci hissədə oyunu ələ almışdıq. Düzdür, bəzi anlarda səhvlər etdik. Sıx qrafikdəyik. Qarşıdakı oyunlarda futbolçular daha yaxşı olacaqlar. Azarkeşlərə təşəkkür edirəm. Komandanın yanında oldular.

    – Kadi “8 nömrə” oynadı. Bu, yeni mövsüm üçün sınaqdır?
    – Kadi bu mövqedə də oynaya bilir. Əvvəlki matçlarda Pedro Bikalyo çox güc sərf etmişdi. Ehtiyat etdik. İstərdik ki, daha çox ön xəttdə oynasın. Lakin “8 nömrə” kimi də oynamağı bacarır. Gələcəkdə belə rotasiyalar edəcəyik.

    – Rəqibiniz “Sabah” ola bilər. Fanatlar da bu cütü arzulayır…
    – Rəqibin kimliyinin fərqi yoxdur. Azarkeşlər üçün də belə cütlər maraqlıdır. Kim düşsə, oynayacağıq.

    – “Sabah”ın prezidenti Maqsud Adıgözəlov deyib ki, kubokun finalından sonra onların qələbələrinə kölgə salmısınız. Hansısa cavabınız var?
    – Keçmişə qayıtmaq istəmirəm. Üzrlü hesab edin, bu suala cavab verməyəcəyəm.

    – Qrafik yenidən sıxlaşdı. Görünür, apreldə 3 dəfə “Sabah”la qarşılaşa bilərsiniz, həm də “Neftçi” ilə təxirə salınmış oyun ola bilər…
    – Gələcək hələ bilinmir. Proqramı götür-qoy etməli, hər oyuna hazırlaşmalıyıq. Ola bilər, yorğunluq olsun. Psixoloji gərginlik də mümkündür. Bizim işimiz futbolçuları oyunlara kökləməkdir. Bəzən alınmaya bilir. Yorğun olsaq da, hər oyuna maksimum nəticə üçün çıxırıq.

    – Qnali ilk dəfə startda yer aldı. Onun çıxışını necə dəyərləndirirsiniz?
    – İlk oyunu idi. Hiss olunurdu ki, hələ tam uyğunlaşmayıb. Normal haldır, yavaş-yavaş optimal formasını bərpa edəcək.

    – Sanki “Qarabağ”ın üzərində təzyiq çoxdur, sanki tək qalmısınız. Bunu hiss edirsiniz?
    – Futbolda belə şeylər olur. Psixoloji gərginlik var. İlboyu sıx qrafikdə oynayırıq. Mövsümün əvvəlindən gərgin rejimdə olmuşuq. Oyunlar arası vaxt çox az olub. Sakit qalmağa vaxtımız yoxdur. Bizdən gözləntilər böyükdür. Nə qədər desəkdə ki, qrupa düşdük, sakitləşək, yox, daha gərgin saatlar, tələblər başlayır. Bunlar normaldır. Özümü tək hiss etmirəm. Kollektivik. Bəzən intriqalar ola bilər. Amma bunlar meydanda olur. Kənarda münasibətlər normaldır. Bəzən gərgin rejim altında haldan düşmüş kimi ola bilərik. Çalışırıq ki, bunları hiss etdirməyək. Bu işin başındayıqsa, bunlara hazır olmalıyıq.

    – Yayda yenilənmiş “Qarabağ” görə bilərik, ya heyətdəki bəzi çatışmazlıqları aradan qaldırıb, yola davam etməyi düşünürsünüz?
    – Hər şey ola bilər. Bizdən asılı olan-olmayan səbəblərə görə çox dəyişiklik də ola bilər.

    – Əsas və ehtiyat heyət arasında ciddi fərqlər olmurdu. Amma sanki son dönəmlərdə komandalar arasında fərq çoxdur. Həqiqətən, belədirsə, gələcəkdə bununla bağlı nə etməyi düşünürsünüz?
    – Detallı təhlillər gedir. Müəyyən nüanslar var. Bu il oyunlarımız çox oldu. Əlavə olaraq, Çempionlar Liqasının öz yükü var. Oyundan-oyuna gərginlik və tələb çoxalır. Futbolçular da bəzən bunlara dözmür. Bu il bəlkə də ehtiyatımızı az tutduq. Bizdən asılı səbəblər deyildi. 4-5 futbolçu var idi ki, hər şey razılaşdırılmışdı, amma son anda “yox” cavabı oldu. Sadəcə planlarımız tam alınmadı. İstəməzdim ki, digər heyətlə bağlı nəsə “zəif” deyərək ifadə işlədim. Futbolçular oynamadıqca ritmdən düşürlər. Heyətin daha geniş olmasını istərdik.

    – Bədavinin fiziki durumu daha çox oynamağa imkan verir? 
    – Bədavidən çox razıyam. Oyuna yanaşması, idman forması qane edir. Qarşıdakı oyunlarda oynamaq ehtimalı çoxdur.

    – Kamilo Duranı daha çox sağ vinger kimi oynatmağı düşünmürsünüz?
    – Gözləniləndir. Oyunların gedişatına baxacağıq. Duranın fiziki dözümlülüyü daha yaxşı olsa, orda oynamaq ehtimalı çoxdur.

    Futbol

    "Şəfa"da gözlənilməz istefa – Klub prezidenti getdi

    4.03.2026 23:21:44
    Futbol

    "Qarabağ"ın oyununda maraqlı an: Uşaq meydançaya daxil olub, Zübeyrlə şəkil çəkdirdi – VİDEO

    4.03.2026 22:42:15
    Futbol

    Qurban Qurbanov "Sabah"ın prezidentinə cavab vermədi

    4.03.2026 21:52:07
    Futbol

    "PFL-lə məsələni öz aramızda yaxşı mənada həll etdik" – Ayxan Abbasov

    4.03.2026 21:47:32
    Futbol

    "Qarabağ" "Şamaxı"nı məğlub edib, yarımfinala yüksəldi – VIDEO

    4.03.2026 21:02:26
    Futbol

    Millimizin heyəti və oyunlarının təqvimi bilindi

    4.03.2026 18:43:43
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Şəfa"da gözlənilməz istefa – Klub prezidenti getdi

    4.03.2026 23:21:44

    "Qarabağ"ın oyununda maraqlı an: Uşaq meydançaya daxil olub, Zübeyrlə şəkil çəkdirdi – VİDEO

    4.03.2026 22:42:15

    Qurban Qurbanov "Sabah"ın prezidentinə cavab vermədi

    4.03.2026 21:52:07

    "PFL-lə məsələni öz aramızda yaxşı mənada həll etdik" – Ayxan Abbasov

    4.03.2026 21:47:32

    "Qarabağ" "Şamaxı"nı məğlub edib, yarımfinala yüksəldi – VIDEO

    4.03.2026 21:02:26

    Millimizin heyəti və oyunlarının təqvimi bilindi

    4.03.2026 18:43:43

    "Qarabağ" – "Şamaxı": HEYƏTLƏR

    4.03.2026 18:02:30

    Basketbol yığmalarımız Türkiyədə 13 oyun keçirdi

    4.03.2026 17:22:24

    "Neftçi"nin futbolçusu Kipr klubunun hədəfində – VİDEO

    4.03.2026 16:56:33

    "Bu, "Sabah"la oyunda qələbə qazanmaq üçün kifayət etmədi" – Bakı klubunun legioneri

    4.03.2026 15:43:26

    "Azərbaycan üçün seçmə mərhələdə artıq bir qələbə də uğur sayılır" – Belarus mətbuatı

    4.03.2026 14:20:17

    "Qarabağ" "Qalatasaray"ın da istədiyi hücumçu ilə maraqlanır

    4.03.2026 13:32:33

    Premyer Liqa klubunda qalmaqal - Komanda üzvləri tənqid olundu

    4.03.2026 13:13:50

    "Zirə"nin kapitanı 200-ə çatdı

    4.03.2026 12:10:24

    Əliyar Ağayev müharibəyə görə Azərbaycana qayıda bilmir – Küveytdə qalıb

    4.03.2026 11:57:28
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved