Braziliyanın "Flamenqo" klubu baş məşqçisi Filipe Luis ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, buna uğursuz nəticələrlə yanaşı, mütəxəssislə klub rəhbərliyi arasında fikir ayrılığının yaranması da səbəb olub.
Bu mövsüm Braziliya A seriyasına uğursuz start verən "Flamenqo" hazırda 4 xalla 11-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Filipe Luis 2024-cü ildən “Flamenqo”ya rəhbərlik edirdi. Məhz o, Juninyonun "Qarabağ"dan transfer edilməsini "Flamenqo" rəhbərliyindən istəmişdi.

