"Sabah"ın futbolçusu Timoteuş Puxaç sürətinə görə bir çox futbolçunu qabaqlayıb.
Prosport.Az xəbər verir ki, polşalı cinah müdafiəçisi Premyer Liqanın XXII turunun "Qarabağ"la matçında 36.2 km/saat maksimal sürətə imza atıb.
Bu barədə "hubertonews" məlumat yayıb.
Puxaç bu sürətinə görə cari mövsüm həm İngiltərə Premyer Liqasında, həm də Bundesliqada 3-cü ən yaxşı nəticəyə malikdir.

