Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məcbur deyilik ki, hər il çempion olaq" - Qurban Qurbanov
    1.03.2026 23:06:53

    "Qarabağ" Azərbaycan Premyer Liqasının XXII turunda doğma meydanda "Sabah"la 3:3 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Bu gün çox maraqlı oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Azarkeşlərin görmək istədiyi kimi matç oldu. Rəqibin hücum xətti çox güclüdür. Futbol elə səviyyəyə çatıb ki, belə hesab hər oyunda baş verə bilər. Futbolun sevilən tərəfi ondadır ki, bəzən düşünmədiyin hallar ilə üzləşirsən. Məni narahat edən futbolçularımın bərpasıdır. Çox gərgin qrafikdə oynayırdıq. “Nyukasl”dan sonra belə bir matç oldu. 3 gün sonra kubok, sonra yenidən çempionat oyunu olacaq.

    - Hakimin oyunun əsas vaxtına 6 dəqiqə əlavə etməsi barədə düşüncəniz? Sizcə az deyildimi?

    - Belə bir matçda, oyunun bu qədər dayandığı matçda 6 dəqiqə əlavə edilməsi məncə də az idi. Bəzən elə oyunlar olur ki, heç kim onun bitməsini istəmir.

    - Matç başa çatandan sonra rəqib komandadakı həmkarınızla 1-2 dəqiqəlik səhbətiniz oldu...

    - Rəqibin köməkçi məşqçisi bizə qarşı ədəbsizlik etdi. Danışığımız da bu yöndə idi. Bildirdim ki, buna görə bizim bütün heyətdən üzr istəmək lazımdır. O da dedi ki, məşqçinin əvəzinə mən hamınızdan üzr istəyirəm. 

    - Son dövrədən gözləntiniz nədir? Komandanın psixoloji cəhətdən hazır olduğunu düşünürsünüzmü?

    - Məni düşündürən məqam futbolçuların bərpasıdır. Çox sıx bir qrafikdə oynayırdıq. Ümumiyyətlə çempionatımız maraqlı gedir. Qarşıda yüngül rotasiyalar edərək futbolçuları tam hazır vəziyyətə gətirəcəyik. 

    - Matçdan sonra futbolçular sevinirdilər, yoxsa bərabərliyə üzülənlər var idi?

    - Oyundan sonra sevinənlər də, narazı qalanlar da var idi. Futbolçularımdan razı qaldım, xarakter göstərdilər. Xaraktersiz bir nəticə əldə edə bilmərik. Məcbur deyilik ki, hər il çempion olaq. Futbolda belə termin yoxdur. Biz sonadək mübarizə aparacağıq. Biz bu gün “Sabah”ın gücünü daha yaxşı bildik. Qalib gəlmək istəyiriksə, bugünkündən daha yaxşı oynamalıyıq. 

    - Bəhlulun yoxluğunda müdafiədə dəyişiklər etməyə məcbur qaldınız. Dani Boltun sağ cinahda rəqibinə uduzduğunu, Aleksey Kaşşukun da zəif çıxış etdiyini gördük...

    - Bu gun belə bir heyət çıxarmağı uyğun gördüm. Bolt deməzdim ki, zəif çıxış etdi. Qarşısında çempionatın ən sürətli oyunçularından olan Maluda var idi. Ona qarşı da normal çıxış ediyini düşünürəm. Kaşşukda isə bəlkə də həyəcan var idi. Daha yaxşı oynaya bilərdi. 

    - Musa Qurbanlı haqda düşüncələriniz nələrdir? Start heyətdə oynamağa hazırdırmı, sizcə?

    - Musa çox əziyyət çəkir. Bu cür davam eləsə, start heyətində də yer ala bilər.

    Futbol

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49
    Futbol

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37
    Futbol

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22
    Futbol

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58
    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved