Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi" Hakimlər Komitəsindən tələb edir: "Bizim matçlarda diqqətli olun" – VİDEO
    1.03.2026 16:43:04

    "Neftçi" klubu Misli Premyer Liqasında keçirdikləri oyunlarda hakim qərarları ilə bağlı bəyanat yayaıb.

    Prosport.Az xəbər verir ki, bəyanatda hakim səhvlərinin çoxluğundan və yersiz VAR müdaxilələrindən narazılıq bildirilib.

    Həmçinin hakimlərdən ədalət tələb olunub.

    "Premyer Liqanın XXII turu çərçivəsində keçirilən "Şamaxı" – "Neftçi" qarşılaşmasının son dəqiqələrində yaşananlar yenidən Azərbaycan futbolunda hakimliyin səviyyəsi və bütün tərəflərə ədalətli yanaşma məsələlərini gündəmə gətirdi. Baş hakim Kamranbəy Rəhimovun haqlı olaraq əks tərəfə göstərdiyi cərimə zərbəsinə VAR-dan müdaxilə edildi və "Neftçi"nin qapısına növbəti dəfə penalti təyin olundu. Futbolçumuz Mustafa Sekin həmin anda qayda pozuntusuna məruz qalması bir yana, topu tamamilə qaydalar çərçivəsində uzaqlaşdırmasına baxmayaraq, VAR-dan gələn "siqnal"la rəqibin hesabı bərabərləşdirməsinə şərait yaradıldı.

    Buna bənzər epizod XVI turda "Karvan-Yevlax"la görüşdə də yaşanmışdı. İlk hissənin sonlarında yenə VAR-ın müdaxiləsi ilə "Neftçi"nin qapısına penalti təyin edilmişdi və komandamız həmin görüşdə yalnız son dəqiqə qolu ilə qələbə qazanmağı bacarmışdı. Bir neçə gün sonra AFFA Hakimlər Komitəsinin rəhbəri Rəhim Həsənov qərarın yanlış olduğunu, İqor Ribeyronun "havada topa başla toxunarkən əllərindən rəqibə qarşı qeyri-qanuni istifadə etmədiyini", dolayısıyla qaydanı pozmadığını təsdiqləmişdi.

    "Şamaxı" – "Neftçi" görüşündə təyin edilən penalti ilə də bağlı eyni sözləri demək olar. Mustafa Sek topa oynayır, görmədiyi rəqibə qarşı əllərindən qeyri-qanuni istifadə etmir, hətta özü qayda pozuntusuna məruz qalır. Lakin qərar penaltidir.

    Görünür, VAR-dakı hakim Cavid Cəlilovun öz oyun qaydaları var. Bu hakim ümumən son həftələrdə gündəmdədir və gündəmdə olmasının səbəbi yüksək səviyyəli hakimliyi deyil, elə "Şamaxı" ilə oyundakı kimi yersiz müdaxilələri, absurd qərarları və oyun qaydalarını istədiyi şəkildə yozmasıdır.

    Baş hakim Kamranbəy Rəhimovun videotəkrara Azərbaycan çempionatına xas olmayan rekord sürətlə və cəmi bir rakursdan yarı-yarımçıq baxdıqdan sonra tələsik qərar çıxarması isə ayrı bir mövzudur. Liqamızda bəzən açıq-aşkar, təmizliyinə şübhə olmayan qolların VAR tərəfindən "səssiz" yoxlanması dəqiqələr alır. Dəfələrlə olub ki, ekran qarşısına dəvət edilən hakim epizodu uzun-uzadı incələyir, bir neçə rakurs tələb edir. Bu oyunda isə baş hakimin monitora yaxınlaşması ilə xarakterik VAR hərəkətini göstərib 11 metrlik nöqtəyə işarə etməsi arasında 20 saniyə oldu, ya olmadı.. Maraqlıdır ki, "Neftçi"nin qapısında gördüyü son 4 topu məhz hakimlər "vurub". Bu qolların hamısı ya xətalı 11 metrlik zərbə qərarından sonradır, ya da qol hücumunda qayda pozuntusu olub. Artıq adıçəkilən "Karvan-Yevlax" oyunundakı penalti, "Kəpəz"lə görüşdə növbəti dəfə (!) VAR-ın müdaxiləsi ilə təyin edilən və sonradan yenə Hakimlər Komitəsi sədrinin yanlış qərar kimi təsdiqlədiyi 11 metrlik zərbə və "Şamaxı" ilə matçda daha bir səhv penalti qərarı. Təbii ki, VAR müdaxiləsindən sonra.

    Bu oyunda rəqibin hər iki qolunda qayda pozuntusu var. 1-ci qoldan əvvəlki hücumda hakimin köməkçisinin "gözündən yayınan" az qala 5 metrlik ofsayd da unudulmamalıdır. Paylaşılan şəkildə də aşkar görünür ki, rəqib futbolçu ötürmə anında oyundankənar vəziyyətdədir. Amma hakim oyunu dayandırmır və davamında gələn künc zərbəsindən "Neftçi"nin qapısına qol vurulur.

    Ümumiyyətlə, "Neftçi" bu mövsüm yanlış hakim qərarlarından ən çox əziyyət çəkən komandadır. Təqdim etdiyimiz videoda əks olunanlar o səhvlərin yalnız daha qabarıq şəkildə önə çıxanlarıdır. Ədalətsiz hakim qərarları və yanlış VAR müdaxilələri ilə "Neftçi" bu mövsüm ciddi xal itkilərinə məruz qalıb və belə görünür ki, bu proses davam edir.

    Azərbaycan futbolunun təməl daşı, ölkənin ən qədim və köklü klubu olan "Neftçi"nin tarixi şərəfli səhifələrlə zəngindir. Bizim böyük qələbələrimiz olub və bundan sonra da olacaq. Lakin futbolçuların və məşqçilərin meydandakı əziyyətinin bir əl hərəkəti, səriştəsiz hakimlərin xətalı qərarları ilə yerə vurulması nə qəbul edilməlidir, nə də buna göz yumulmalıdır.

    Biz AFFA Hakimlər Komitəsindən bu səhvləri buraxmış şəxslər haqqında ciddi ölçü götürməsini, hakimlərin, hakim köməkçilərinin, 4-cü hakimlərin, videotəkrar hakimlərinin bütün oyunlarda, o cümlədən də "Neftçi"nin matçlarında daha diqqətli olmalarını tələb edirik. Çünki mövsümün həlledici hissəsində istənilən yanlış və qərəzli qərar yüzlərlə insanın çox aylıq əməyini puç edir, azarkeşlərdə ölkə futbolundakı bərabər yanaşmaya olan inamı sarsıdır. "Neftçi"nin heç bir hakim köməyinə ehtiyacı yoxdur, amma bizə qarşı edilənlərə də biganə qalmayacağıq. Futbol ictimaiyyətinin "Neftçi"nin bu haqq səsinə səs verəcəyinə ümid edir, Premyer Liqanın bundan sonrakı oyunlarında ədalətin bərqərar olacağına inanırıq".

    Futbol

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49
    Futbol

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37
    Futbol

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22
    Futbol

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58
    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved