Azərbaycan Premyer Liqasında bu gün keçiriləcək “Qəbələ” – “Karvan-Yevlax” matçının təxirə salınması egtimalı yaranıb. Şəhər stadionunu qar örtüb.
Prosport.Az xəbər verir ki, stadion işçiləri qazonu qardan təmizləmək üçün səhər satatlarından səfərbər olub. Onlar meydanı matç saatınadək hazır vəziyyətə gətirməyə çalışır. Yağıntı davam edəcəyi halda oyunun baş tutmamaq ehtimalı var.
Xatırladaq ki, matçın saat 17:00-da başlaması nəzərdə tutulub.

