"Qarabağ"ın yarımmüdafiəçisi Emmanuel Addai uşaqlıqda azarkeşlik etdiyi futbolçunun və komandanın adını açıqlayıb.
Prosport.Az xəbər verir ki, qanalı oyunçu ölkəsinin mətbuatına müsahibəsində ən çox izlədiyim futbolçunun Eden Azar olduğunu bildirib:
"İlk baxışdan futbol şoumeni kimi görünürdü, amma sürəti, driblinqi, gücü və fiziki imkanları var idi. Ondan öyrənməyə çalışırdım. Daxilən braziliyalı Ronaldonu da çox bəyənirdim. Onu canlı izləməmişəm, amma videolarından öyrənirəm. Məhəmməd Salah və Sadio Mane kimi ulduzlardan da motivasiya almışam. Salahı konkret olaraq kumir adlandırmazdım. Amma “Liverpul” azarkeşi olduğum üçün onun Mane ilə birlikdə komandada gördüyü işdən zövq alırdım. Onlar göstərdilər ki, afrikalı futbolçu da bir gün “Liverpul”da oynaya bilər”.
Qeyd edək ki, Emmanel Addai 2024-cü ildən “Qarabağ”ın formasını geyinir.

